Accessibility links

ABŞ-da impiçmentin tarixçəsi


ABŞ-da impiçmentin tarixçəsi
please wait

No media source currently available

0:00 0:03:20 0:00

Konqresin Demokrat liderləri hələlik prezident Donald Trampa qarşı impiçment prosesini başlatmamağa qərar verib. İmpiçment ABŞ tarixində çox nadir rast gəlinən hadisədir. İndiyədək Nümayəndələr Palatası yalnız iki prezidenti impiç edib:1868-ci ildə Endrü Ceksonu və 1998-ci ildə Bil Klintonu. ABŞ Senatı isə onların impiçmentini rədd edib və beləliklə hər iki prezident vəzifələrini yerinə yetirməyə davam edib. İmpiçment gözlənilməz nəticələri olan riskli siyasi addımdır.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi liberal fəalların təzyiqlərinə baxmayaraq hələ ki, prezident Donald Trampı impiç etməyin əleyhinə çıxır.

Respublikaçıların yaralı Bil Klintonu vəzifə müddətinin sonunadək təhlükələrə qarşı qoruması faktı demokratlara xəbərdarlıq olmalıdır.
Larri Sabato

“İmpiçment ölkəmizdə ixtilaf yaradan bir məsələdir. Qoyun biz faktları, qanunu və prezidentin davranışlarını nəzərdən keçirək”, o deyib.

Prezident Tramp isə impiçment düşüncəsinin yanlış olduğuna inanır.

“Gözəl işlər görən insanı impiç etmək olmaz. Mən belə düşünürəm”, Tramp söyləyib.

Met Dalek deyir ki, demokratlar seçicilərin gələn ilki seçkidə səs verərək Trampı vəzifədən göndərmələrinə üstünlük verə bilər.

“İmpiçment prosesinin başlaması 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlinədək uzana bilər. Bu isə öz növbəsinə çətinliklər yaradır. Prezidenti vəzifədən çıxarmağın başqa bir yolu var. Bu da seçkidir” – deyə, o bildirib.

Bəlkə də demokratlar 1998-ci ildə prezident Bil Klintonun impiçment prosesinin necə başa çatdığını da nəzərə alırlar.

“Mən o qadınla, xanım Levinski ilə intim münasibətdə olmamışam” – prezident Bil Klinton.

Klinton təcrübəçi Monika Levinski ilə münasibəti barədə yalan danışıb, onu ört-basdır etməyə çalışmış və bu səbəblə də Nümayəndələr Palatası tərəfindən impiç olunmuşdu.

Lakin o, Senatda bəraət qazandığı üçün vəzifəsinin icrasını davam etdirdi.

“Mən şəxsi həyatımda etdiyim səhvlərə görə məsuliyyətimi qəbul edirəm”, o deyib.

Respublikaçılar 1998-ci il prezident seçkisində impiçment məsələsinə siyasi reaksiya olaraq Nümayəndələr Palatasında beş yer itirdilər. Bunu təhlilçi Larri Sabato söyləyir.

“Respublikaçıların yaralı Bil Klintonu vəzifə müddətinin sonunadək təhlükələrə qarşı qoruması faktı demokratlara xəbərdarlıq olmalıdır”, o deyib.

Sabato deyir ki, ölkənin təməlini qoyanlar impiçmentin nadir bir hadisə olacağını düşünürdü.

“Onlar prezidentlərin kiçik qanun pozuntularına görə impiç edilib, məhkum olunub, və ya vəzifədən uzaqlaşdırılmalarını istəmirdi. Onlar Konqresin bunu ekstremal hallarda edəcəyini gözləyirdi”– Sabato söyləyib.

Düşünürəm ki, əgər hesabatda prezident və onun kampaniyası tərəfindən ciddi qanun pozuntularının olduğu qeyd olunsa, bu, demokratlara impiçment prosesini başlatmağı nəzərdən keçirmək üçün imkan verə bilər.
Con Hudak

1974-cü ildə Konqres Uotergeyt qalmaqalı səbəbilə prezident Riçard Niksona qarşı impiçment prosesini başlatdı.

“Odur ki, mən sabah gündüz vaxtı istefa edəcəm” – Riçard Nikson.

Nikson Senatın da onun impiçmentini dəstəkləyəcəyini anladığı üçün vəzifədən getməyə qərar verdi.

Con Hudak deyir ki, xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-ci il seçkisinə müdaxiləsi ilə bağlı hesabatının nəticələrindən asılı olaraq prezident Tramp vəzifədən çıxarılmasına dair yeni çağırışlarla üzləşə bilər.

“Düşünürəm ki, əgər hesabatda prezident və onun kampaniyası tərəfindən ciddi qanun pozuntularının olduğu qeyd olunsa, bu, demokratlara impiçment prosesini başlatmağı nəzərdən keçirmək üçün imkan verə bilər”, o bildirib.

Lakin hələ ki, belə görünür Demokratlar Nümayəndələr Palatasında impiçment məsələsini qaldırmadan prezident Trampın aqibəti seçki zamanı seçicilərdən asılı olacaq.

XS
SM
MD
LG