Accessibility links

ABŞ-da intihar və yüksək dozalarda dərman qəbulu ilə ölüm halları artıb


Ötən il ABŞ-da intihar halları və yüksək dozalarda dərman qəbulu ölüm hallarının artmasına səbəb olub. Beləliklə ölkədə ömür uzunluğu qısalmış olur.

2017-ci ildə ölüm halları 2.8 milyon təşkil edib. Bu, daha əvvəlki illə müqayisədə 70 min əlavə ölüm deməkdir.

Ölüm hallarının artması ölkədə artmaqda olan yaşlı sayı ilə ölçülür. Lakin əsasən orta yaşlı insanlar olmaqla, daha gənc nəsil arasında ölüm hallarının bu göstəriciyə ciddi təsiri olub.

Son əlli ildə ötən il intihar göstəriciləri ən yüksək səviyyədə olub. 2017-ci ildə 47 min adam həyatına son qoyub. Bundan əvvəlki il bu göstərici 45 min nəfər təşkil edirdi.

Amerikada uzunömürlülük artmaqda idi. Lakin hazırda bu, istiqamətini dəyişib.

Ölkədə 1910-cu illərdə ömür uzunluğu müharibə və xəstəliklər səbəbi ilə aşağıda idi. 1918-ci ildə orta ömür uzunluğu 39 yaş olub.

ABŞ-da 10 əsas ölüm səbəbi var. 2017-ci ildə xərçəng xəstəliyi səbəbi ilə ölənlərin sayı az olub. Lakin intihar, iflic, diabet, pnevmaniya, xroniki tənəffüs orqanları xəstəliklərindən ölənlərin sayı artıb.

Ekspertlərin fikrincə, insanlar arasında ümidsizlik, çarəsizlik və maliyyə problemləri dərmanlardan istifadə edilməsinə və bunun isə intihara apardığını deyir.

XS
SM
MD
LG