Accessibility links

ABŞ-da kolleclərə daxil olmaq üçün rüşvət sxeminin üstü açılıb


ABŞ-ın federal prokurorluğu zəngin amerikalıların uşaqlarının Yale, Stanford və Georgetown kimi univesitetlər də daxil olmaqla, prestijli kolleclərə daxil ola bilməsi üçün 25 milyon dollarlıq cinayətkar sxemlə əlaqədar onlarla şəxsə qarşı ittiham irəli sürüb.

Boston şəhərinin federal prokurorluğu 58 yaşlı Uilyam Singeri sahib olduğu şirkəti vasitəsilə Hollivud aktrisaları və böyük şirkət rəhbərləri də daxil olmaqla, bir çox zəngin müştəriyə xidmət göstərərək fırıldaqçılıqda ittiham edib.

Federal Təhqiqat Bürosunun Boston bölməsinin xüsusi agenti Cozef Bonavolont (solda) və ABŞ-ın Massaçusets dairəsinin prokuroru Endrü Lellinq kolleclərə daxil olmaq üçün rüşvət sxeminin üstünün açılması ilə bağlı keçirilən mətbuat konfransında, 12 mart, 2019.
Federal Təhqiqat Bürosunun Boston bölməsinin xüsusi agenti Cozef Bonavolont (solda) və ABŞ-ın Massaçusets dairəsinin prokuroru Endrü Lellinq kolleclərə daxil olmaq üçün rüşvət sxeminin üstünün açılması ilə bağlı keçirilən mətbuat konfransında, 12 mart, 2019.

Ədiyyə Nazirliyinin bildirdiyinə görə, tələbələrin valideynləri Singerə saxta test nəticələri, saxta şəxsiyyət vəsiqələri və idman yarışlarında nailiyyətləri göstərən saxta sənədlər hazırlamaq üçün pul ödədikdən sonra onlar rəqabətin güclü olduğu elitar kolleclərə daxil ola bilib.

Biz burada kollec rəsmilərinə rüşvət verməkdən danışırıq.
Prokuror Endrü Lellinq

İttihamnamədə Holivud aktrisaları Felisiti Hoffman və Lori Laflinin də adları var. Onların övladlarının tələb olunan qabiliyyətləri və bacarıqları olmadığı halda, prestijli universitetlərə daxil ola bilməsini təmin etmək üçün məsləhətçilər və başqalarına yüz minlərlə dollar ödədiyi iddia olunur.

Hollivud aktrisaları Lori Laflin və Felisity Hoffman
Hollivud aktrisaları Lori Laflin və Felisity Hoffman

Sənəddə deyilir ki, Uilyam Singer qəbul imtahanlarına müştərilərin övladları yerinə başqa adamlar göndərib, bəzi hallarda isə abituriyenlərin heç bir idman qabiliyyəti olmadığı halda, onların böyük nailiyyətlərini göstərən saxta sənədlər hazırlayıb.

“Biz burada qızınız, ya da oğlunuzun məktəbə qəbul olması üçün bir bina ianə etməyinizdən danışmırıq. Biz burada kollec rəsmilərinə rüşvət verməkdən danışırıq” – deyə, ABŞ prokuroru Endrü Lellinq bildirib.

Uilyam Singerin çərşənbə axşamı günü məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada bəndin dağıdılmasından sonra 1500-ə yaxın insan təxliyə edilib
please wait

No media source currently available

0:00 0:12:19 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG