Accessibility links

ABŞ-da koronavirus pandemiyasının universitet və tələbələrə təsiri


ABŞ-da koronavirus pademiyasının universitet və tələbələrə təsiri
please wait

No media source currently available

0:00 0:03:32 0:00

Birləşmiş Ştatlarda bir çox universitetin COVID-19 səbəbilə qapılarını bağlayıb, virtual dərslərə keçməsindən bir il ötməsinə baxmayaraq, pandemiyanın ali təhsilə təsiri davam edir.

Birləşmiş Ştatlarda ötən mart ayında koronavirusa yoluxma halları artmağa başlayandan bəri yüzlərlə universitet və kollec kampuslarının qapılarını bağlayıb. Bu da müəllimlər və tələbələrin həyatlarında bir çox dəyişiklilərə səbəb olub.

“Mən hara gedəcəyimi bilmirdim. Bu, çox stresli idi,” nigeriyalı tələbə Tae Ayodeci deyir.

Amerikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, əksəriyyəti 29 yaşından gənc olan ali məktəb tələbələri virus səəbilə ağır xəstəliyə yoluxma riskinin ən az olduğu insanlar arasındadır. Lakin London İmperiya Kollecinin tədqiqatçıları gənclərin xəstəliyi ən çox yayanlar arasında olduqlarını və immunitetləri zəif olanlara təhlükə yaratdıqlarını aşkar edib.

Universistetlərin cavab tədbirləri ilə bağlı milli strategiya olmadığı üçün təhsil müəssisələri müxətlif yanaşmalar tətbiq etdilər və bəziləri yanaşmalarının şəraitə görə dəyişdirdilər. İlk öncə onlar tələbələri evlərinə geri göndərdilər, daha sonra geri çağırdılar və sonra yenidən geri göndərdilər.

“Açığını desəm tədbirlər düşünmədən görülmüşdü, çünki universitetlərdə vəziyyət çox tez-tez dəyişirdi,” Brandeis Universitetinin sabiq prezidenti Frederik Lorens bildirir.

Bahar semestrinin sonuna yaxın universitetlərin çoxunda tədris onlayn və ya hibrid şəkildə keçirilirdi.

“Onlayn məkanda iştirakın məhdud olduğu universitetlər özlərini onlayn tədris müəssisələrinə çevirirdilər, yüzlərlə, bəzən isə yüzlərlə dərsi onlayn məkana transfer edirdilər,” Frederik Lourens bildirir.

Lakin tələbələr virtual tədrisin onları ikinci dərəcələri təhsil təcrübəsi ilə təmin etdiyini və onların bir sıra texnologi problemlərlə, habelə dəstək və resurs çatışmazlığı ilə üzləşdiklərini deyirlər.

“Bu məyusedicidir, çünki mənə elə gəlir ki, mən dərsi öz-özümə YouTube-da öyrənmək üçün bu qədər pul ödəyirəm,” Merilend Universitetinin tələbsi Preşıs Adetyo-Oquntade bildirir.

Payız semestrinə qeydiyyatdan keçən tələbələri sayı azalıb. Universitetlər də bu səbəblə pul itirib.

“Bu, bir çox baxımdan fandrayzinq etmək, böyük tədbirlər keçirmək, futbol oyunlarına, onunla bərabər başqa tədbirlərə ev sahibliyi etmək imkanının olmaması ilə əlaqəlidir,” Amerika Kolleclər və Universitetlər Assosiasiyasının prezidenti Linn Paskerela bildirir.

Payızda bir çox universitetin yataqxanalarını yenidən açıb və canlı əmləiyyatlarını qismən bərpa edib, amma onların bəziləri koronavirusa yoluxma hallarının artması səbəbilə ikinci dəfə bağlanmağa məcbur olublar.

Amma bəzi tələbələr deyir ki, kampusa geri dönmək koronavirusa yoluxmaq riskinə dəyər. Xarici tələbə Tae Ayodeci üçün Nigeriyadan onlayn oxumaq böyük çətinliklərə səbəb olub.

“Vaxt fərqindən dolayı çox çətin idi. Bundan əlavə Nigeriyada Wi-Fi çox yaxşı deyil, ona görə də hər zaman texnoloji problemlər var idi, o deyir.

Açıq qalan universitetlərdə isə COVID-ə qarşı tədbirlər artıq normal bir hala çevrilib.

“İndi mart ayıdır. Mənim yataqxana otağımda çox sayda maska, əlləri dezinfeksiya edən mayelər var. Universitetdə həftədə iki dəfə test olmalıyıq və COVID-ə nəzarət anketi doldururuq. Biz artıq buna öyrəşmişik,” Preşıs deyir.

ABŞ-da COVID-19-a yeni yoluxma halları azaldığı və peyvənd vurulduğu üçün ekspertlər payızda universitetlərin normal tədrisə keçəcəklərini gözləyirlər. Bu tələbələr üçün xoş xəbərdir, çünki onlar virusun onları tələbə həyatı təcrübəsindən məhrum etdiyini deyirlər.

“Kampusda yaşaya bilmək, müəllimlərlə yaxşı münasibətlər qurmaq, Kolumbiyadan fərqli olan bir icmada yaşamaq imkanı yoxdur. İndi sanki heç bir fərq yoxdur,” kolumbiyalı tələbə İzabela Linares deyir.

Yeni abituriyentlər üçün bir müsbət xəbər isə odur ki, bir sıra kollec və universitet standart test tələbini ləğv edib. Beləliklə onların universitetə qəbul olmalarına bir əngəl aradan qaldırılıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG