Accessibility links

ABŞ-da koronavirusa qarşı peyvəndin 165 milyondan çox dozası tətbiq olunub


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) bazar günü səhər etibarilə ölkədə 165 milyondan çox doza COVID-19 peyvəndinin tətbiq edildiyini və təxminən 208 milyon dozanın ölkə daxilində paylandığını bildirib.

Bundan bir gün əvvəl bu göstəricilər müvafiq olaraq 161,7 milyon və 207,9 milyon doza olub.

Agentlik bazar günü etibarilə 106,2 milyon insana vaksinin bir dozasının verildiyini, 61,4 milyon insanın isə tam vaksinasiya olunduğunu bildirib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin statistikasına həm iki doza tələb olunan Moderna vəPfizer-BioNTech peyvəndləri, eləcə də Johnson & Johnson şirkətinin hazırladığı tək dozalı peyvənd daxildir.

Agentliyin bildirdiyinə görə, uzunmüddətli müalicə müəssisələrində ümumilikdə vaksinin 7,7 milyon dozası tətbiq edilib.

Birləşmiş Ştatlar cümə günü ABŞ-ın 100 milyon insanın vaksinasiya olunduğu ilk ölkə olduğunu elan edib. Bu, Bayden administrasiyasının 100 milyon peyvənd tətbiq edilməsi kimi hədəfinə çatmasından bir həftədən sonra elan edilib. ABŞ-da COVİD-19-un yayılmasının qarşısının alınması məqsədilə vaksinasiya kampaniyasının davam etdiyi bir vaxt ölkənin bəzi bölgələrində yoluxmaların sayı artmaqda davam edir.

Cons Hopkins Universitetinin verdiyi məlumata görə, dünya boyu COVİD-19-a 130 milyondan çox yoluxma halı təsdiq edilib. Pandemiya 2,8 milyon insanın ölümünə səbəb olub. ABŞ 30,6 milyon yoluxma sayı ilə dünyada birinci, Braziliya 12,9 milyon yoluxma halı ilə ikinci, Hindistan isə 12,3 milyon yoluxma halı ilə üçüncü yerdədir.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG