Accessibility links

ABŞ-da koronavirusa rekord yeni 66528 yoluxma halı qeydə alınıb


Dünyanın bir sıra yerlərində koronavirusa yoluxma halları artmaqda davam edir.

Cons Hopkins Unversitetinin verdiyi məlumata görə, dünyada COVİD-19-a yoluxma hallarının sayı 12.7 milyondan çoxdur, koronavirus nəticəsində ölüm hallarının sayı isə yarım milyondan artıqdır.

Birləşmiş Ştatlarda yoluxanların sayı dünyada koronavirus infeksiyalarının təqribən dörddə üç hissəsini təşkil edərək, 3.2 milyondan çoxdur. ABŞ-da COVİD-19 nəticəsində ölənlərin sayı 134000-dən artıqdır.

ABŞ-da rekord yeni 66528 yoluxma halının qeydə alındığı şənbə günü prezident Donald Tramp ilk dəfə olaraq maska taxaraq Vaşinqton ətrafında yerləşən Walter Reed hərbi hospitalı ziyarət edib.

Şənbə günü Cənubi Karolina ştatında 2200-dən çox yeni yoluxma halı qeydə alınıb. Luiziana ştatında cümə günü koronavirusa yeni yoluxma hallarının sayı 2600-dən çox olub.

Meksikada şənbə günü 6000-dən çox yeni yoluxma halı qeydə alınıb. Rusiya isə bazar günü 6000-dən çox yeni yoluxma halının qeydə alındığı haqda məlumat verib.

Yaponiyada Tokioda yeni 206 yoluxma halı təsdiq edilib. Tokioda artıq dördüncü gündür 200-dən çox yeni yoluxma halı qeyd edilir.

ABŞ-ın Yaponiyada Okinava hərbi bazasındakı 60-dan çox dəniz piyadasının koronavirusa yoluxduğu haqda məlumat verilib.

Şərhlərə bax

XS
SM
MD
LG