Accessibility links

ABŞ-da koronavirusa rekord yoluxma halı qeydə alınıb


Birləşmiş Ştatlarda koronavirusa gündəlik rekord yoluxma halları qeydə alınıb. Yoluxmaların artması soyuq qış aylarında bu göstəricilərin daha da artacağına dair narahatlıqlara səbəb olur.

The New York Times qəzetinin məlumatına görə, cümə günü Birləşmiş Ştatlar boyu 82,000 yoluxma qeydə alınıb.

Qəzet həmçinin bildirib ki, hazırda 41,000-ə yaxın amerikalı koronavirus səbəbilə xəstəxanadadır ki, bu, ötən ayla müqayisədə 41 faiz daha çoxdur. ABŞ-ın Qayalı dağlar və Ortaq Qərbi ərazilərinin şimalında yerləşən ştatlarda yoluxma hallarında artım müşahidə olunur.

Vaşinqton Universitetinin Sağlamlığı Ölçmə və Qiymətləndirilmə İnstitutu cümə günü bildirib ki, amerikalıların, demək olar, hər biri maska taxmasa, ABŞ-da COVID-19-dan ölüm halları fevral ayında 500,000-i ötə bilər. İnstitut həmçinin bildirib ki, amerikalıların 95 faizi maska taxdığı halda mümkün ölüm halları 130,000 azala bilər.

Bu arada isə Avropa İttifaqının xəstəliklərə nəzarət idarəsi Ümumdünya Səhiyyə Təşkilatı ÜST) ilə birlikdə qitə boyu COVID-19-a yoluxmaların yenidən artacağı ilə bağlı xəbərdarlıq edib. ÜST həmçinin xəstəliyin ekponent olaraq artdığını bildirib.

Avropa Xəstəliklərin Profilaktika və Nəzarət Mərkəzinin direktoru Andrea Ammon deyib ki, Avropada ictimai sağlamlıq böyük təhlükə və “çox narahatedici epidemioloji vəziyyətlə üz-üzədir.”

Təşkilat Kipr, Estoniya, Finlandiya və Yunanıstan istisna olmaqla bütün Avropa İttifaqı ölkələrinin, o cümlədən Britaniya “ciddi narahtlıq” kateqoriyasına daxil olduqlarını bildirib.

Yoluxucu Xəstəliklər üzrə Robert Koch İnstitutu şənbə gününədək ölkədəki ölüm hallarının 10,000-i keçdiyini və yoluxma hallarının 14,417 nəfər artaraq 418,005-ə çatdığı barədə xəbər verib.

Rusiyada şənbə günü 16,521 yeni yoluxma qeydə alınıb.

Avropanın bir çox ölkəsinin, o cümlədən Almaniya, İspaniya, İtaliya, Britaniya və Slovakiyanın bəzi hissələrində sakinləri məhdudiyyətlərlə üzləşirlər. Orada rəsmilə komendant saatları və sosial fəaliyyətlərə məhdudiyyətlər tətbiq ediblər.

Ölkələr yoluxmaların qarşısını almağın, eyni zamanda isə bu ilin əvvəlində iqtisadiyyata böyük ziyan vuran və ictimaiyyət tərəfindən dəstəklənməyən qapanmaları tətbiq etməməyin yollarını axtarırlar.

Fransada cümə günü yoluxma halları 1 milyonu ötüb. Bununla da Fransa Birləşmiş Ştatlar, Hindistan, Braziliya, Rusiya, Argentinə və İspaniyadan sonra 1 milyon yoluxma hallarını keçən yeddinci ölkə oldu.

Prezident Emmanuel Makron deyib ki, məhdudiyətlər koronavirusa yoluxmalarda azalmaya gətirib çıxarmasa Fransanın üçdə ikisində cümə gecə qüvvəyə minən komendant saatını sərtləşdiriləcək.

XS
SM
MD
LG