Accessibility links

ABŞ-da koronavirusdan ölüm halları 700 mini keçib


Birləşmiş Ştatlarda COVID-19-dan ölüm halları 700 000-i ötüb.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatına görə, ABŞ-da cümə günü 700 258 ölüm halı qeydə alınıb.

Braziliya 597 255 ölüm halı ilə ikinci yerdə gəlir. Con Hopkinsin bildirdiyinə görə, Hindistanda 448 339, Meksikada 277 507, Rusiyada isə 204 424 nəfər COVID-19-dan ölüb. Dünya boyu isə təxminən 4.8 milyon insan koronavirusdan ölüb.

ABŞ-ın səhiyyə rəsmiləri deyir ki, son həftələrdə Birləşmiş Ştatlarda yoluxma halları azalmağa başlayıb. Lakin ölkədə ümumilikdə COVID-19 son dalğasının piki geridə qalsa da, bəzi ştatlarda, xüsusilə də şimalda yoluxmalar artmaqdadır.

Digər tərəfdən ABŞ-ın Kaliforniya ştatı Ərzaq və Dərman Administrasiyası COVID-19 vaksinlərini aşağı yaşda uşaqlar üçün rəsmi olaraq təsdiq edəndən sonra məktəblilər üçün vaksin mandatını elan edən ilk ştat olub.

Hazırda Pfizer-BioNTech vaksini 16 yaşdan yuxarı insanlar üçün tam, 12-15 yaşında uşaqlar üçün isə fövqəladə istifadə üçün təsdiq olunub.

Vaksin tam təsdiq olunduğu zaman Kaliforniya yeddi ilə on ikinci siniflər arasındakı şagirdlərin vaksin olmasını məcburi edəcək.

Beş yaşından yuxarı uşaqlar üçün peyvənd təsdiq olunduğu zaman da, uşaq bağçasından altı sinfə qədər bütün uşaqların peyvənd olunmasını məcburi edəcək.

Şagirdlərə dini və tibbi səbəblərdən solayı istisnalar ediləcək.

Vaşinqtonda ABŞ Ali Məhkəməsinin hakimi Brett Kavano vaksin olmasına rəğmən COVID-19-a yoluxub. Məhkəmə 54 yaşlı hakimdə simptomların olmadığını bildirib.

Testinin müsbət çıxması səbəbilə Kavano cümə günü ötən il sabiq prezident Donald Tramp tərəfindən təyin olunan hakim Emi Koni Barretin andiçmə mərasimində iştirak edə bilməyib. Andiçmə mərasimi pandmeiya səbəbilə gecikdirilib.

XS
SM
MD
LG