Accessibility links

ABŞ-da koronavirusdan ən çox ölüm hallarının növbəti iki-üç həftə ərzində baş verəcəyi gözlənilir


Amerikalılar bir-birilərindən sosial məsafəni qorumağa davam etsələr belə, Birləşmiş Ştatlarda növbəti iki ay ərzində 100 000 ilə 240 000 arası insanın COVID-19-dan öləcəyi gözlənilir.

Ölümlərin növbəti iki-üç həftə ərzində pik həddə çatacağı gözlənilir. Bu barədə Ağ Evin koronavirus işçi qüvvəsi məlumat verib.

“Ölkəmiz daha öncə qarşılaşmadığımız böyük milli sınaqla üzləşir,” ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı bildirib. Ağ Ev həmin gün statistika modellərinə əsaslanaraq, 30 günlük sosial məsafə qaydalarını uzadıb.

“Bu, ölkəmizin üzləşəcəyi ən ağır iki-üç həftə olacaq” , Tramp deyib.

“Bu, bizim gözlədiyimiz rəqəmdir, amma bunu qaçılmaz olaraq qəbul etməməyilik,” ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Dr. Fauçi bildirib.

Birləşmiş Ştatlarda 187 000-dən çox insana koronavirus diaqnozu qoyulub. Ölkədə koronavirusdan ölənlərin sayı 3800-ü ötüb. Ölüm hallarının dörddə biri Nyu-York ştatında qeydə alınıb.

ABŞ-da ilk COVID-19-a yoluxma halı fevralın 29-da ABŞ qərbində yerləşən Vaşinqton ştatında qeydə alınmışdı.

Nyu York ştatının qubernatoru Endrü Kuomo deyib ki, ştatda xəstəliyə yoluxma halları 7-21 gün sonra pik həddə çatacaq. O, televiziyada yayımlanan gündəlik brifinqi zamanı xəstəxanalardakı reanimasiyalar üçün kritik təchizatları ala bilməməsindən şikayətlənib. O, Nyu-Yorkun Çindən hər biri 25 dollar olan 17000 ventilyator sifariş etdiyini bildirib.

Kuomo deyib ki, ştatlar və federal hökümət nəfəsalma cihazlarını almaq üçün bir-biriləri ilə yarışır.

“Ştatları kritik ehtiyacın olduğu təchizatlar üçün yarışmağa vadar etməyin mənası yoxdur” , Kuomo söyləyib.

Tramp isə deyib ki, federal hökümətin inventarında olan 10 000-ə yaxın ventilyator yoluxma hallarının artması ehtimalı olunan ölkənin başqa hissələri üçün saxlanılmalıdır.

“Bizim indi ehtiyatımız var. Bu, neft ehtiyatı kimidir, amma daha dəyərlidir” , prezident deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG