Accessibility links

ABŞ-da müharibə veteranlarının xatirəsi anılır


ABŞ prezidenti Donald Tramp Amerika əsgərlərinin dəfn edildiyi qəbiristanlıqda tədbirdə niqt söyləyir, Paris, 11 noyabr, 2017.
ABŞ prezidenti Donald Tramp Amerika əsgərlərinin dəfn edildiyi qəbiristanlıqda tədbirdə niqt söyləyir, Paris, 11 noyabr, 2017.

Birləşmiş Ştatlarda Veteranlar Günüdür. Amerikalılar bu gün ölkənin silahlı qüvvələrində xidmət edən və münaqişələrdə həyatını qurban vermis kişi qadınların xatirəsini anır.

Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Parisdə olan ABŞ prezidenti Donald Tramp Twitter səhifəsində yazıb: “Bu Veteranlar Günü-Birinci Dünya Müharibəsinin bitməsinin 100-cü ildönümündə-Böyük Müharibədə Amerika uğrunda döyüşən və uniforma geyib, ölkəni daha təhlükəsizlik, güclü və azad edən hər bir veteranın xatirəsini hörmətlə anırıq!”

Keçmiş prezident Barak Obama da Tramp Twitter səhifəsində Veteranlar Günü münasibətilə mesaj yazıb. “Bütün veteranlar və onların ailələrinə təşəkkür edirəm. Sizin xidmətiniz və fədakarlığınızı buna həqiqətən də uyğun şəkildə şərəfləndirmək mümkün deyil”.

“Amma biz hamımız əlimizdən gələni edə bilərik ki, Amerikanın sizin müdafiə etdiyiniz xidmət, məsuliyyət, alicənablıq və vətəndaşlıq kimi dəyərlərinə uyğun yaşaya bilək”, Obamanın mesajında deyilir.

Nyu-Yorkda Veteranlar Günü münasibətilə parad
Nyu-Yorkda Veteranlar Günü münasibətilə parad

ABŞ-da Veteranlar Günü əvvəllər Birinci Dünya Müharibəsinin bitməsi münasibətilə Barışıq günü adlanırdı. Lakin Konqres 1926-cı ildə bu günün hər il qeyd edilməsi ilə bağlı qanun qəbul etdi. 1938-ci ildə noyabrın 11-i ölkə səviyyəsində bayram kimi qeyd edilməyə başladı. Bu il bayram günü bazar gününə düşdüyü üçün rəsmi tədbirlər bazar ertəsi günü keçiriləcək.

XS
SM
MD
LG