Accessibility links

ABŞ-da Müstəqillik Günü Azadlıq heykəlinə çıxan qadın həbs edilib


ABŞ-da Müstəqillik Günü Azadlıq heykəlinə çıxan qadın həbs edilib. O, bu yolla Meksika sərhədlərində qanunsuz mühacirlərdən uşaqlarının alınmasına etiraz edib.

Bu gün məhkəmə qarşısına çıxarılan Tereza Okomou adlı qadın nizamsız davranış və hökumətin işlərinə müdaxilə ittihamları ilə üzləşib.

Wall Street Journal-ın bildirdiyinə görə, etirazçı hazırda Federal Məhkəmələr Bürosunda saxlanılır.

"Rise and Resist" aktivist təşkilatı Facebook-da onun azadlıq simvolu olan heykəlin üzərində ABŞ-ın mühacirət siyasətinə etiraz etdiyini yazıb.

Qanunsuz mühacir valideynlərindən ayrılan 2300-dən artıq uşağın 3 valideyni ABŞ hökumətini məhkəməyə verib.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi 522 uşağın valideynlərinə qaytarıldığını bəyan edib.

Azadlıq heykəli Nyu-Yorkda 1886-ci ildə ucaldılıb. Heykəl Fransa tərəfindən Amerikaya onun azadlıq dəyərlərinə görə hədiyyə edilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG