Accessibility links

ABŞ-da Müstəqillik Günü terakt planlaşdıran şəxs həbs edilib


Federal Təhqiqat Bürosu (FBI-Federal Bureau of Investigation) Klivlend ştatının Ohayo şəhərində 4 iyul Müstəqillik Günü terror aksiyası keçirilməsini müzakirə edən şəxsi həbs etdiyini bildrib.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Əl-Qaidə terror təşkilatına sədaqət andı içmiş Dimitrius Pitts gizli FBI agenti olan şəxsə Amerikanın Müstəqilliyi Günü parad zamanı bomba partlayışı planlaşdırdığını dedikdən sonra bazar günü həbs edilib.

“Pittsin zorakı xarakterli məqsədləri haqda açıqlamaları təhqiqatın gedişində narahatlıqlar doğurur. O, ABŞ ərazisində hücum törətmək və xarici terror təşkilatlarına qoşulmaq istədiyini ifadə edib”, FBI-ın Klivlend şəhərində xüsusi agenti Stiven Entoni mətbuat konfransı zamanı bildirib.

Pitts federal məhkəmədə xarici terror təşkilatına maddi dəstək vermək cəhdində ittiham edilib. Bu, Əl-Qaidə təşkilatıdır.
Federal prokuror Castin Herdman

“Onun Facebook-da bölüşdükləri, açığı, narahatlıq doğurur. Buraya xüsusilə də bu kimi ifadələr daxildir-biz müsəlmanlar olaraq hər yerdə belə hərəkət etməliyik, biz güllə atmaq, əl qumbarası tullamaq və əlbəyaxa döyüş qaydalarını bilməliyik”, Stiven Entoni əlavə edib.

Rəsmilərin bildirdiyinə görə, bazar günü gizli agentlə sonuncu görüş zamanı Pitts Klivlenddə 4 iyul təntənələri zamanı terror hücumunda iştirak etmək, eləcə də hərbi personal, onların ailə üzvləri, federal və yerli agentləri qətlə yetirmək istədiyini deyib.

“Pitts federal məhkəmədə xarici terror təşkilatına maddi dəstək vermək cəhdində ittiham edilib. Bu, Əl-Qaidə təşkilatıdır. Bu ittihamla maksimum 20 il həbs cəzası nəzərdə tutulur”, Ohayo ştatının şimal dairəsi üzrə federal prokuror Catin Herdman bazar ertəsi günü mətbuat üçün brifinqdə bildirib.

Rəsmilərin sözlərinə görə, Amerika vətəndaşı olan və Birləşmiş Ştatlarda radikallaşan Pitts bazar ertəsi günü məhkəmə qarşısına çıxarılacaq.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG