Accessibility links

ABŞ-da milyonlarla kollec və universitet tələbəsi təhsilini yarımçıq qoyur


ABŞ-ın Təhsil Nazirliyinin bildirdiyinə gröə, 2014-2016-cı illər ərzində milyonlarla kollec və universitet tələbəsi dərəcə almadan təhsilini yarımçıq qoyub.

Son araşdırmalara görə, onların əksəriyyəti proqramlarını başa çatdırıb.

Civitas tədris mərkəzi may ayında ikillik 30, və dördillik 23 kollec və universitetdə 300 min tələbə haqda araşdırma aparıb.

Məlum olub ki, hər 5 tələbədən 1-i dərəcə almadan təhsilini davam etdirməkdən imtina edir. Onlar tələb olunan proqramların 75 faizini başa çatdırır. Hər 10 tələbədən 1-i isə proqramların 90 faizini bitirir.

Civitas-ın baş tədris müdiri Mark Milliron bunu müxtəlif səbəblərlə izah edib. Təhsil xərci bunlardan biri ola bilər.

Milliron son illər bir çox kollec və universitetin uşaqların ali təhsil almaq imkanlarını yaxılaşdırmağa çalışdığını deyib. Bu isə məktəblərin azgəlirli ailələrin uşaqları və azlıqların ali təhsili üçün yollar axtarmasının nəticəsidir.

Onun bildirdiyinə görə, məktəblər uşaqların təhsilini davam etdirməsi üçün əlavə ölçülərə əl atmalıdır.

Təhsilini yarımçıq qoyanların əksəriyyəti yaxşı oxuyan tələbələrdir.

Milliron ənənəvi və qeyri-ənənəvi tələbələrin dəstəyin müxtəlif səviyyəsi ilə təmin edildiyini deyib.

Həyat uşaqlar qarşısına maneələr çıxara bilir. Tələbələr səhiyyə problemləri, tam ştatda çalışmaq məcburiyyəti və ya uşaqlarına baxmaq kimi çətinliklər qarşısında qala bilir.

Ali təhsilli ailə üzvləri və təhsilə pulu olan tələbələr adətən yaxşı dəstək əldə etmiş olur. Onların ətrafında olan insanlar təhsil almağın çətinliklərindən xəbərdar olduqları üçün onlara yardım edir.

Yoxsul və ya təhsil alan ilk nəsil olan uşaqlar çox hallarda belə yardımlardan məhrum olur.

Problemlərin həlli müxtəlif olduğu üçün universitetlər tələbələri üçün araşdırmalar aparıb, onlara ən uyğun variantları seçməlidir.

XS
SM
MD
LG