Accessibility links

ABŞ-da peyvəndin paylanması və istifadəsində çətinliklər


ABŞ-da peyvəndin çatdırılması və tətbiqində çətinliklər var
please wait

No media source currently available

0:00 0:02:31 0:00

ABŞ-a göndərilən 15 milyon koronavirus peyvəndinin üçdə ikisindən çoxundan bu günə qədər istifadə olunmayıb. Bəzi ştatlar vaksinləri tez bir zamanda vura bilməyən xəstəxanaları cəzalandıracağına söz verib.

COVID-19 peyvəndinin paylaşılması gözləniləndən daha yavaş oldu, buna görə indi bəzi ştatlar işlərini sürətləndirməyə başlayır.

Nyu Yorkda qubernator xəstəxanaların peyvəndləri aldıqdan sonra bir həftə içində istifadə etməsi lazım olduğunu deyib.

"Vaksinlərdən istifadə etməyən hər hansı bir qurum gələcəkdə 100 min dollaradək cərimə edilə bilər. Yeddi gün ərzində ayrılan vaksinlərdən istifadə etməlidirlər. Əks təqdirdə, gələcək çatdırılmadan çıxarıla bilər" - deyə, Nyu York ştatının qubernatoru Endryu Kuomo qeyd edib.

Kuomo xəstəxanalara son üç həftə ərzində on cəbhədə çalışan tibb işçilərinə üstünlük verən proqram çərçivəsində peyvəndlər vurulduğunu bildirib. Ancaq ayrılmış peyvəndlərinin ilk dozasının yalnız 46 faizi tətbiq olunub.

Nyu Yorkdakı xəstəxanalara yerləşdirmə dekabr ayının əvvəlindən bəri iki dəfə artaraq 8200-dən çox olub. Və yeni xəstələrin sayı son bir həftədə gündəlik yoluxmalarda 27% sıçrayış qeydə alınaraq 13.600-ü ötüb.

Bu arada Florida ştatında koronavirus peyvəndi almaq üçün gözləyənlərin uzun növbələri var. 65 yaşdan yuxarı insanlar və səhiyyə işçiləri peyvənd vurdurmaq üçün prioritet qruplardır.

Florida qubernatoru ştatın vaksinləri ən sürətli paylayan xəstəxanalara ayıracağını açıqlayıb.

ABŞ-da koronavirusdan ən çox əziyyət çəkən Kaliforniyada qubernator Qavin Nyusom həyəcan siqnalı verib.

“Son 14 gündə 4000-ə yaxın kaliforniyalı həyatını itirdi. Bu, ölümcül bir xəstəlikdir. Bu, ölümcül bir pandemiyadır. Bu, pandemiya tarixinin hər anından daha ölümcül olaraq qalır” - deyə, Kaliforniya ştatının qubernatoru bildirib.

Nyuson Kaliforniyanın da peyvənd paylanmasını sürətləndirməyə çalışdığını bildirib.

“Bu peyvəndin daha sürətli paylandığını görməyə başlayacaqsınız, buna sizi əmin edə bilərəm. Bilirəm ki, çoxumuz üçün bu, çox ləng oldu” - deyə, qubernator əlavə edib.

Cons Hopkins Universitetinin məlumatına görə, çərşənbə axşamı koronavirusa yoluxma hallarının sayı 20.8 milyonu keçib. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bu günə qədər ABŞ-da təxminən 4,6 milyon peyvənd tətbiqedildiyini bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG