Accessibility links

ABŞ-da praymeriz kampaniyaları [Video]


ABŞ-da praymeriz kampaniyaları
please wait

No media source currently available

0:00 0:02:40 0:00

ABŞ-da ilkin seçkilərin əksəriyyəti artıq başa çatsa da, Florida, Corciya və Vayominq kimi ştatlarda bu seçkilər hələ keçirilməyib. Ona görə də, hər iki partiyadan olan, yəni Demokrat və Respublikaçı namizədlərin seçki kampaniyaları hələ də davam edir. Onlar noyabrda keçiriləcək ara seçkilərdə partiyanın namizədliyini əldə etmək üçün seçicilərin səslərini qazanmağa çalışır.

Namizəd mənim qapıma gəlib, özünü təqdim edib, məndən ona səs verməmi istəyəndə, mən ondan ‘Sən nəyi təmsil edirsən, nə etməyi planlaşdırırsan’deyə soruşuram. O isə mənim sualımı cavablandırır. Bu möhtəşəmdir, demokratiyanın işlədiyinin göstəricisidir.
Şaron Kranford

Demokrat Kirill Reznik Merilend ştatının nümaydələr palatasının üzvüdür. Demokatların praymerisində yenidən qalib gələn Ukrayna əsilli Rezin respublikaçı rəqibi olmasa noyabr ayında keçiriləcək ara seçkilərdə əlavə dörd il müddətinə nümayəndə seçiləcək.

Reznik qapı-qapı gəzib, insanlara buklet paylayıb, seçicilərlə söhbət edir. Bu, Amerikada ənənvi seçki kampanyasının bir hissəsi hesab edilir.

“Namizəd mənim qapıma gəlib, özünü təqdim edib, məndən ona səs verməmi istəyəndə, mən ondan ‘Sən nəyi təmsil edirsən, nə etməyi planlaşdırırsan’deyə soruşuram. O isə mənim sualımı cavablandırır. Bu möhtəşəmdir, demokratiyanın işlədiyinin göstəricisidir”- deyə, seçici Şaron Kranford bildirir.

Praymerizdə hər iki partiyanın seçiciləri əsas seçkidə yarışacaq namizədi seçirlər. Bu seçki zamanı, şerif, ştat məclisi üzvü, qubernator və ya ABŞ Konqresinin üzvü kimi vəzifələr üzərində bir neçə insan mübarizə aparır.

“Seçkidə iştirak etmək çox mühümdür. Çünki siz ümumi seçkilərdə kimin namizəd olacağına qərar verirsiniz. Adətən praymerizin icmaların və hökümətin necə işləyəcəyinə, vergilərin nə olacağına, məktəb və ictimai təhlükəsizliyə nə qədər maliyyənin ayrılcağına böyük təsiri olur”, Merilend ştatının nümayəndəsi Şeyn Robinson söyləyir.

ABŞ seçkisi
ABŞ seçkisi

Merilend ştatının əksəriyyəti demokratlardan ibarətdir. Orada Reznik altı digər namizədə qarşı mübairzə aparırdı. Onun üçün birbaşa ünsiyyət çox vacibdir.

“Mən televiziyada çıxış edə bilmək üçün kifayət qədər ianə toplamamışam. Bu heç mənə kömək də etməzdi, çünki mənim namizəd olduğum yer kiçikdir. Ona görə də mən onlara məktub yollaya, evlərinə gedə və ya onlara zəng edə bilərəm. Amma bir müddət sonra insanlar bundan da bezir. Bu səbəbdən də mən bu imkanlardan faydalanmaq istəyirəm. Mən onlarla söhbət edirəm, onları inandırıram, daha sonra isə onlar gedib, başqaları, ailələri və qonşuları ilə danışıb, məni təmsil edir”, Reznik deyir.

Bu ilki praymerizin çoxu bitib, amma bir neçə ştatda seçki hələ avqust və sentyabr ayında keçiriləcək.

XS
SM
MD
LG