Accessibility links

ABŞ-da prezidentliyə namizədlərin 15 oktyabr debatı ləğv olunub


ABŞ prezidenti Donald Tramp və onun Demokratlar partiyasından rəqibi olan Co Bayden arasında oktyabrın 15-ə planlaşdırılan debat ləğv olunub. Bu, Trampın debatı təşkil edən bitərəf komitənin COVID-19-un yoluxmasının qarşısını almaq məqsədilə debatı virtual formatda keçirmək təklifini rədd etməsindən bir gün sonraya təsadüf edib.

Əvvəl Mayamidə bələdiyyə binasında keçiriləcəyi nəzərdə tutulan debatın üç debatdan ikincisi olacağı gözlənilirdi. Namizədlər arasında növbəti və sonuncu debat oktyabrın 22-nə Tennesi ştatının Naşvil şəhərində nəzərdə tutulub. Trampın debata qoşulmaqdan imtina etməsindən sonra Co Bayden həmin gün televiziya formatında çıxış etməyi planlaşdırıb.

Oktyabın 2-də koronavirus testi müsbət çıxan prezident Donald Tramp üç gün xəstəxanada müalicə olunub. Tramp daha sonra bazar ertəsi xəstəxanadan evə buraxılıb. Noyabrın 3-də Co Baydenlə prezidentlik uğrunda mübarizə aparacaq Tramp rəqibi ilə video formatda debat aparmağı "gülünc" adlandıraraq, bunun onun üçün vaxt itkisi olacağını deyib.

Hər iki namizəd 22 oktyabrda keçiriləcək debatda iştirak etməyə və koronavirus testindən keçmək, maska taxmaq, eləcə də sosial məsafə saxlamaq protokollarına tabe olmağa razılaşıb.

XS
SM
MD
LG