Accessibility links

ABŞ-da prezidentliyə qadın namizədlər bütün maneələri aradan qaldırmağa calışır


ABŞ-da prezidentliyə qadın namizədlər bütün maneələri aradan qaldırmağa calışır
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Dünya boyu 59 ölkədə qadın ölkə başçısı seçilsə də, Birləşmiş Ştatlar hələ də prezidentliyə sabiq Demokrat namizəd Hillari Klintonun dediyi kimi “ən yüksək və ən ağır şüşə tavanı”sındırmalıdır, yəni qadlnların qarşılarına çıxan maneələri aradan qaldırmalıdır. Klinotnun 2016-cı ildə prezident Donald Trampa məğlubiyyəti 2020-ci ildə prezidentliyə beş qadının namizədliyini irəli sürməsinə yol açıb. Lakin eyni zamanda bu məğlubiyyət ölkədəki ən yüksək vəzifəyə bir qadının seçilməsi ilə bağlı şübhələri də gücləndirib.

Hillari Klinton bu yaxınlarda 2016-cı ildə prezident Donald Trampa məğlub olması ilə bağlı deyib ki, onun məğlubiyyətinə gender stereotipləri və cinsi ayrı-seçkilik səbəb olub.

Donald Tramp və Hillari Klinton debat zamanı
Donald Tramp və Hillari Klinton debat zamanı

“Bizə qədər gəlib çıxan ən ilkin ədəbiyyat və tarixdə qadınlara qarşı etinasızlıq, cinsi ayrı-seçkiliq və qadınsevməzlik yer alıb. Yəni bunların heç biri yenilik deyil”, Klinton deyib.

Trampın qadınlara qarşı rəfratı, irqi ayrı-seçkilik yaradan çıxışları və onun təyin etdiyi abort əleyhinə çıxış edən rəsmilər ötən il ara seçkilərdə rekord sayda qadının Konqresə namizədliyini irəli sürməsinə gətirib çıxardı.

İndi isə bir neçə qadın 2020-ci ildə keçirilən seçkidə Demokratlar partiyasından prezidentliyə namizədliklərini irəli sürüb. Onlar arasında üç ABŞ senatoru Elizabet Vorren, Kamala Harris və Eymi Klobuşar var.

Eymi Klobuşar
Eymi Klobuşar

Onların hər biri genderləri ilə əlaqədar çətinliklərlə üzləşir.

“Bu ölkədə prezident arxetipi var. Bu prezidentin hər zaman kişi olmasıdır. Biz idarəçilik, xüsusilə də prezintliklə bağlı bir düşüncəyə sahibik. Və qadınlar hələ ki, həmin düşüncəyə uyğun gəlmir”,Emily’s List-dən Kristina Reynolds bildirir.

Qadın Demokat namizədlər yoxsullar üçün sağlamlıq sığortası kimi məsələləri təbliğ edəndə onlar çox şəfqətli, kişilər qədər sərt olmadıqlarını irəli sürən hücumlara məruz qalırlar.

“Bu, Demokratlar partiyasının hazırkı görüşlərini gücləndirir. Bəzən çoxluğu əldə etmək üçün stereotipin qarşısını almalısan”, Amerika Sahibkarlıq İnstitutunan Rameş Ponnuru bildirir.

Klintonun məğlubiyyətindən sonra bəzilərini kişi Demokrat namizədin 2016-ci ildə Trampa səs verən amerikalıların səslərini qazana bilib-bilməyəcəyi maraqlandırır.

Lakin bu gün qadın Demokrat namizədlər vaxtlarının gəlib çatmadığına dair düşüncəni rədd edir.

“Daha çox qadının yüksək vəzifələrə təyin olunması irəliləyişə gətirib çıxarır. Bu hər zaman asan olmur, amma nəyisə əldə etmək üçün mübarizə aparmalısan”, Vorren deyib.

Elizabet Vorren və Co Bayden
Elizabet Vorren və Co Bayden

Bir digər Demokrat namizəd, sabiq vitse-prezident Co Bayden bu yaxınlarda Elizabet Vorrenin hirsli və sərt olduğunu deyərək, onu tənqid edib. Vorren isə kampaniya email-ində “Mən hirsliyəm və bunu qəbul edirəm” deyə cavab verib.

Hazırkı qadın namizədlər cinsiyyətçi hücumları və ya onlara qarşı ikili standartları tənqid etməkdən çəkinmirlər.

“Məncə, ‘mən kişi namizədə qarşı elə rəftar edərdimmi?’ demək insanların gözünü açır. Və bu hər kəs üçün müsbət haldır”, Reynolds deyir.

Bu yaxınlarda keçirilən seçkilər qadınların Demokratlara dəstəyinin artdığını göstərir, rəy sorğuları isə qadınlar arasında Trampa dəstəyin azadlığına işarə edir.

Qadınlar 2020-ci ildə keçiriləcək seçkinin nəticəsinə böyük təsir göstərəcək. Bəlkə də bu dəfə onlar hətta qadın namizədin qalib gəlməsinə səbəb olacaq.

XS
SM
MD
LG