Accessibility links

ABŞ-da reydlər zamanı yüzlərlə miqrant həbs olunub


Federal agentlər çərşənbə günü Missisipidə qida məhsullarının emalı zavodlarında 700-ə yaxın immiqrantı həbs edib. Bu, son 10 ildə Birləşmiş Ştatlarda aparılan ən böyük əməliyyat olub.

Şübhəli şəxslər Missisipi ştatının altı şəhərində zavodlar yaxınlığında saxlanılıb. Onların dostları və qohumları isə “onları buraxın”, deyə qışqırıb.

Şahidlər deyib ki, miqrantların bəziləri qaçmağa çalışsa da, ələ keçirilib. Çərşənbə günü saxlanılan miqrantların böyük əksəriyyəti, yəni təxminən 680-i Latın Amerikasındandır.

İmmiqrasiya və Gömrük İdarəsinin rəsmiləri deyib ki, miqrantlar hərbi bazaya aparılıb. Bəzilərinə məhkəmə gününədək ayaqlarına nəzarət cihazı taxılıb.

Çərşənbə günü reydin aparıldığı qida şirkətləri məsələ ilə bağlı şərh verməyib.

Prezident Tramp ötən ay ölkə boyu bir sıra reydlərin keçiriləcəyini və minlərlə qeyri-qanuni miqrantın həbs olunacağını elan edib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG