Accessibility links

ABŞ-da sığınacaq alan miqrantların sayı məhdudlaşdırılacaq


Cümə günü ABŞ prezidenti Donald Tramp ölkəyə qeyri-qanuni yollarla daxil olan miqrantlara sığınacağın rədd edilməsinə icazə vermək üçün qeyri-adi milli təhlükəsizlik səlahiyyətindən istifadə edib.

Tramp Ali Məhkəmənin daha sonra qüvvədə saxladığı səyahət qadağasını da həyata keçirmək üçün eyni səlahiyyətdən istifadə etmişdi. Bəyannamə cümə axşamı miqrantların ölkəyə hansı yolla daxil olduqlarından asılıq olmayaraq sığınacaq üçün müracət etməyə haqlarının olduğunu bəyan edən qanundan yan keçmək üçün qəbul edilən nizamnamələri həyata keçirir.

“Bizim ölkədə insanlara ehtiyacımız var, amma onlar qanuni yolla gəlməlidir və hər hansı kvalifikasiyaları olmalıdır”- deyə, Tramp cümə günü bildirib.

Administrasiya rəsmiləri deyir ki, bu tədbirlər azı üç ay qüvvədə qalacaq, amma uzadıla da bilər. Onlar şənbə günü qüvvəyə minəcək və artıq ölkədə olan insanlara şamil olunmur.

Milli Təhlükəsizlik və Ədliyyə nazirliklərinin daha öncəki müvəqqəti yekun qərarında deyilirdi ki, prezidentin sığınacaq üçün uyğun insanları məhdudlaşdırmaq səlahiyyəti var və o bunu rəsmi bəyanatla edə bilər.

Amerika Vətəndaş Azadlıqları Birliyinin Texas üzrə siyasi müşaviri Şau Dreyk Amerikanın Səsinə bildirib ki, o bu addımı Meksika vasitəsilə ABŞ sərhədinə istiqamət alan mühacirlərdən ibarət karvanın qarşısını almaq cəhdi olaraq görür.

Karvan məsələsi uzun müddətdir prezident Donald Trampın diqqət mərkəzindədir.

Prezident karvanın ABŞ sərhədlərinə gəlməsini "işğal" və "fövqəladə vəziyyət" adlandırıb.

O, çərşənbə axşamı keçirilən seçkilərdən öncə dəfələrlə karvan və onun yaradacağı təhlükədən bəhs edib.

XS
SM
MD
LG