Accessibility links

ABŞ-da sentyabr ayında əmək bazarındakı artım daha da yavaşlayıb


ABŞ-da sentyabr ayı ərzində cəmi 194 min yeni iş yeri açılıb. Lakin Əmək Departamentinin proqnozlarında bu rəqəmin 500 min olacağı gözlənilirdi.

Bu artıq ikinci aydır ki, ABŞ-da yeni açılan iş yerlərinin sayı gözləntilərdən aşağıdır. Bəzi iqtisadçılar bunun səbəbi kimi COVID-19 virusunun Delta versiyasının dünyada və ölkədə geniş yayılmasını göstərir.

Bununla bilrikdə ABŞ-da işsizlik faizi avqust ayında 5,2-dən sentyabr ayında 4,8 faizə düşüb, lakin bu göstərici yalnız aktiv şəkildə iş axtaranları əks etdirir.

Avqust ayında ölkədə açılan iş yerlərinin sayı ilk öncə 235 000 göstərilsə də, -daha sonra 366 000-ə qədər yüksəlib.

Otelçilik biznesi də daxil olmaqla peşəkar iş xidmətləri, pərakəndə satış, nəqliyyat və anbarçılıq sektorunin keçən aykı gəlirlərində artım müşahisə edilib.

Məktəblərini açılması və federal işsizlik müavinətinin verilmə müddətinin başa çatması, eləcə də peyvənd vurduran insanların sayının artması səbəbindən təhlilçilər daha çox iş yerlərinin açılmasını proqnozlaşdırırdı.

"Bu olduqca pis bir hesabatdır" deyə Indeed iş axtarma saytının iqtisadi araşdırma direktoru Nik Bunker CNBC-ə verdiyi müsahibdə bildirib.

“Bu il əmək bazarı üçün doğrulmayan ümidlərlə dolu oldu. İşçilərə tələbat güclüdür və milyonlarla insan işə qayıtmaq istəyir, lakin məşğulluğun artması hələ ki, ümidverici səviyyədə deyil" deyə Nik Bunker əlavə edib.

XS
SM
MD
LG