Accessibility links

ABŞ-da sosializm ideyası populyarlaşmağa başlayıb


ABŞ tarixinin çox hissəsində çirkli söz kimi tanınan sosializm kəlməsi kiminsə siyasi ideolgiya deyil, daha çox siyasi ləkə kimi izah edilirdi.

Sosializm istehsalat baxımından dövlət sahibkarlı, kommunizm, hətta totalitarzm ilə müqayisə edilirdi. 1920-ci ildə sosializmin populyar olduğu bir dövrdə belə Sosialis Partiyasının namizədləri ictimai dəstək toplaya bilmirdi. O zaman Yucin V. Debs prezident seçkilərində 915 min səs əldə etmişdi.

Lakin son rəy sorğularına görə, ABŞ-da sosializm ideyası populyarlaşmağa başlayıb.

2020-ci il prezident seçkilərinə partiyalarının nominasiyasını əldə etməyə çalışan demokratlar iqtisadiyyat, vergi və sosial təminatlarla bağlı platformalarını sosializmlə əlaqələndirir.

"Understanding Marxism" (Marksizmi anlamaq) kitabının müəllifi Riçard D. Volff Amerikanın Səsinə bildirib ki, Amazonun milyarder sahibi Ceff Bezon və digərlərini uşaqlarının son semestr xərclərini necə ödəyəcəkləri düşündürür. Onun təxminlərinə görə, Amerikada 44 milyon tələbə təhsil borcuna malikdir və bu vəziyyət bəzi demokratların kampaniyalarında yer alır.

Berni Sanders
Berni Sanders

2016-cı il prezidentlik uğrunda yarışlarda senator Berni Sanders özünü demokrat sosialist elan etmişdi. O, pulsuz tədris və səhiyyə xidmətləri kimi proqressiv vədlərlə çıxış etmişdi.

Nominasiyasını Hillari Klintona uzudmasından sonra belə onun siyasətləri Demokartalar Partiyasının əsas platformalarını nəzərdən keçirməsinə səbəb olmuşdu.

Sandersin 2020-ci il prezident seçkilərinə qatılacağını elan etməsindən əvvəl belə prezidentlik yarışına qoşulacağını ümid edənlər səhiyyə xidməti, vergi siyasəti və iqlim dəyişikliyi kimi sol təmayülə üz tutub.

Nyu-Cersidən Kori Buker, Nyu-Yorkdan Kristin Gilibrand, Kaliforniyadan Kamala Harris, Massaçusetsdən Elizabet Uarren kimi 5 demokrat namizəd hər kəs üçün tibbi xidmət siyasətini irəli sürüb. Demokrat namizədlərdən yalnız Emi Klobuşar bu haqda heç bir vəd verməyib.

Lakin prezident Tramp və digər respublikaçılar sosializmi pisləyərək, Nyu-Yorkdan Aleksandriya Okasio-Kortez kimi yeni qanunvericiləri təkliflərini rədd edir.

Aleksandriya Okasio-Kortez
Aleksandriya Okasio-Kortez

"Amerika heç vaxt sosialist dövlət olmayacaq" , Tramp fevralın 5-də hesabat məruzəsində qeyd edib.

Lakin Gallup-ın 202018-ci il soröularında demokratların 57 faizi sosializmə müsbət rəy bildirib.

Fox News telekanalının keçirdiyi rəy sorğuların nəticəsi isə göstərib ki, kapitalizm amerikalılar arasında sosializmdən xeyli populyardır.

Nəticələr göstərib ki, respublikaçılar kapitalizmi dəstəkləməyə demokratlardan daha çox meyl göstərir.

Ağdərililər qeyri-ağlardan (52/33), yaşlılar isə gənclərdən (54/37) daha çox sayda kapitalizmə dəstək ifadə edib.

XS
SM
MD
LG