Accessibility links

ABŞ-da təcili yardım işçiləri COVID-19 üçün hazırlıqlar görür


ABŞ-da təcili yardım işçiləri COVID-19 üçün hazırlıqlar görür
please wait

No media source currently available

0:00 0:02:01 0:00

ABŞ-da təcili yardım işçiləri COVID-19 üçün hazırlıqlar görür

Fövqəladə hallar xidmətləri və ilk yardım işçiləri koronavirusla mübarizəyə hər gün daha çox hazırlaşırlar. Yanğınsöndürmə idarələri və tibb işçiləri icmalara daha yaxşı xidmət göstərmək üçün daha çox avadanlıqla təmin olunur.

Birləşmiş Ştatlarda yanğınsöndürmə və təcili tibbi yardım xidmətlərinin işçilərigələcək həftələrdə koronavirusa yoluxma hallarının artacağını ehtimal edirlər.

Merilend ştatının Montqomeri rayonunda təcili tibbi yardım xidmətləri pasientlər, ilkin yardım işçiləri və tibbi personal üçün ilk yardım çantaları hazırlayır.

“Biz işçilərimizi COVID-19-a yoluxduğu güman edilən və ya öskürmək, asqırmaq ya da hərarət kimi qripə bənzər simptomları olan hər kəsi müalicə etmək üçün qoruyucu geyimlər, gözlüklərlə təmin etmişik”,Montqomeri rayonunun Yanğınsönüdürmə və Xilasetmə İdarəsinin rəisi Skott Qoldstin bildirir.

Zabitlər və tibbi personal hər gün ən son məlumatları bölüşmək üçün görüş keçirir.

Kapitan Oskar Qarsianın fikrincə koronavirusla bağlı fövqəladə vəziyyətə hazır olmaq çox mühümdür.

“Bizdə hər şeydən 10 ədədvar:10 maska, 10 qoruyucu örtük. Bizə yanğınsöndürənlər və pasientlər üçün 10 respirator var. Rayonda 35 stansiya var və hər stansiyanın virusa yoluxma ehtimalı olan insanları izolayasiya etmək üçün avadanlıqları olacaq,” o deyir.

Lakin Kapitan Qarsia deyir ki, bəzi sakinlər immiqrasiya statuslarına görə 911-ə zəng etməkdən qorxur.

“Əgər sizin yanğınsöndürmə idarəsinin tibbi yardım və ya yanğınsöndürmə kimi hər hansı xidmətinə ehtiyacınız varsa, xahiş edirik 911-ə zəng edin. Bilməyinizi istəyirik ki, siz bizə zəng edəndə və ya biz sizin evinizə gələndə sizdən səndələrinizi təqdim etməyinizi istəməyəcəyik, immiqrasiya statusunuzu da soruşmayacağıq,” Qarsia deyir.

Koronavirus pandemiyası səbəbilə fövqəladə hallar işçiləri 911-ə zəng edən insanlara əlavə üç sual verir: ‘Öskürürsünüzmü?’ ‘Hərarətiniz varmı?’ və ‘Sizdə tənnəffüs xəstəliyi simptomları varmı?’

Koronavirusa hazırlıq və strategiya tərtib etmək planının bir hissəsi olaraq səhiyyə rəsmiləri mümkün fövqəladə vəziyyət üçün səyyar hospitallar və düşərgələr hazırlayır.

Şərhlərə bax

XS
SM
MD
LG