Accessibility links

ABŞ-da təyyarə qəzası: qəzet sahibi də daxil olmaqla yeddi nəfər həlak olub


ABŞ-da şəxsi biznes təyyarəsinin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub. Ölənlər arasında "Philadelphia İnquirer" qəzetinin şəriyi olub.

Rəsmilər bildirir ki, partlayış təyyarə şənbə günü Massaçusets ştatının Boston şəhərindəki aeroportdan havaya qalxan zaman baş verib.

Ölənlərdən biri də 72 yaşlı biznesmen Levis Katzdır. Katz və digər bir iş adamı 88 milyon dollara Filadelfiya qəzetinə yiyələnəcək həcmdə səhm alıb.

Katz Nyu-Yorkda avtomobil dayanacaqlarına və idman televiziya şəbəkələrinə böyük həcmdə investisiyalar edib. O, həmçinin ABŞ-da basketbol və hokkey komandalarının sabiq sahibi olub.

Qəzayla bağlı istintaq davam edir.
XS
SM
MD
LG