Accessibility links

ABŞ-da tornadolar azı beş nəfərin həyatına son qoyub


Bazar günü ABŞ-ın cənubunda baş vermiş və şərq sahillərə keçən kütləvi tornadolar ən azı beş nəfərin ölümünə səbəb olub.

Texasdan Alabamaya qədər onlarla tornado barədə xəbər verilib, ağır hava şəraiti yüz milyondan çox insanı təsirinə məruz qoyub.

Bazar günü firtinalar nəticəsində ölənlər arasında üç uşaq var.

ABŞ-da təxminən 6 mindən çox uçuş ləğv edilib və ya gecikib.

Fırtınalar Corciya ştatının Auqusta şəhərində keçirilmiş "The Masters" qolf turnirinin təşkilatçılarını kəskin hava təhlükəsinin qarşısını almaq üçün rəsmi başlanğıc saatını bir neçə saat əvvəl keçirməyə məcbur edib.

XS
SM
MD
LG