Accessibility links

ABŞ-da tornado nəticəsində onlarla insanın öldüyü bildirilir


Cümə günü ABŞ-ın bir neçə ştatında baş verən tornado nəticəsində onlarla insanın öldüyü bildirilir. Daha çox yaz aylarında rast gəlinən bu hava şəraiti böyük dağıntılara səbəb olub.

Kentakkinin qubernatoru Andi Beşer yerli televiziya stansiyası WLKY-yə bildirib ki, azı 50 nəfərin öldüyü “güman” edilir. O, tələfatların artacağını təxmin etdiyini əlavə edib. Beşer fövqəladə vəziyyət elan edib və Kentakki Milli Qvardiyasını hazır vəziyyətə gətirib, ştat polisini isə səfərbər edib.

İllinoys ştatının Edvardsvil şəhərində polis Facebook-da yaydığı bəyanatda bildirib ki, “sərt hava şəraiti” Amazon şirkətinin anbarının “bir hissəsinin çökməsinə” səbəb olub və hazırda orada xilasetmə əməliyyatları aparılır.

Arkanzas ştatının şimalında Monet şəhərində tornado qocalar evinə zərər vursa da, xəsarətl alanlar barədə dəqiqi məlumat yoxdur.

Rəsmilər deyib ki, tornado Arkanzas, İllinoys, Kentakki, Missuri və Tennessi daxil olmaqla beş ştatı əhatə edib.

Metereoloq Eric Fişer Twitter-də bildirib ki, Tennessi sərhədi yaxınlığındakı tornado quruda qalmağa davam etsə, bu, ABŞ tarixində ən uzun məsafəniəhatə edən tornado olacaq.

XS
SM
MD
LG