Accessibility links

ABŞ Seçkiləri 2020

ABŞ-da vitse-prezidentilyə namizədlərin debatı keçirildi

Amerika seçki ənənəsinin növbəti mərhələsi olaraq vitse-prezidentliyə namizədlər çərşənbə günü üz-üzə gəldilər.

ABŞ Vitse-Prezidenti, Respublikaçı Mayk Pens və Vitse-Prezidentliyə Demokrat namizəd Kamala Harris Yuta Universitetində ölkənin gündəmini tutan məsələlər üzərində - başlıca olaraq COVID-19 pandemiyasına qarşı mübarizə, Ali Məhkəmədə hakim təyinatı, Tramp administrasiyasının iqtisadi və xarici siyasəti kimi bir çox məsələlər üzərində debat apardılar.

Vitse-Prezident Mayk Pens Tramp administrasiyasının 210 000 amerikalının həyatına son qoymuş COVID-19 pandemiyasına cavab tədbirlərini müdafiə edirkən Kamal Harris “istənilən prezident administrasiyasının ən böyük uğursuzluğu”-nu qınadı.

Harris bəyan etdi ki, tibbi ekspertlərin təsdiqlənməsi olmadan hazırda koronavirusdan müalicə olunan Respublikaçı prezident tövsiyə etdiyi vaksini qəbul etməz.

Hökumətin pandemiyaya qarşı səylərinə rəhbərlik edən Pens “millətin bu il çox ağır bir dönəmdən keçdiyini” vurğuladı.

“Mən istəyirəm Amerika xalqı bilsin ki, ilk gündən Prezident Tramp Amerikanın səhhətini birinci yerdə qoyub,” Vitse-Prezident əlavə etdi.
O, Harrisi “insanların həyatı ilə siyasət oynamağı” dayandırmağa çağırdı.

Debatın əvvəlində qızğın mükalimələr olsa da, ümumilikdə o, birinci prezident debatından xeyli hörmətli tonda keçdi. Əvvəlki debat boyu tez-tez müdaxilə edən Trampdan fərqli olaraq Pens daha çox nizam-intizam nümayiş etdirdi.

Namizədlərin debat keçirdiyi zalda hamıdan maska taxmaq tələb olunurdu.

Bu debat seçicilər üçün Pens, yaxud Harrisin növbəti prezidentlik dönəmi başa çatmazdan öncə prezident səlahiyyətlərinin icrasını öz üzərlərinə götürüb-götürə bilməyəcəklərini mühakimə etmək üçün bir fürsət idi.

Adətən prezident seçkiləri mövsümündə vitse-prezidentliyə namizədlərin debatı prezidentliyə namizədlərin debatı ilə müqayisədə ikinci dərəcəli əhəmiyyət daşıyır.

Lakin 74 yaşlı Prezident Trampa COVID-19 diaqnozunun qoyulması və onun 77 yaşlı Demokrat rəqibi Co Baydenin olduqca ehtiyatlı kampaniya tərzi bu şəxslərin vitse-prezident tərəfdaşlarını daha yaxından nəzərdən keçirməyi diktə edirdi.

61 yaşlı Pens sabiq Konqresmen və İndiana ştatının sabiq qubernatoru olaraq Trampın təhlükəli koronavirusdan müalicə aldığı vaxt debat səhnəsində Respublikaçılar Partiyasını təmsil etdi.

Kaliforniyanın sabiq baş prokuroru, 55 yaşlı Harris ilk qadın və ilk afro-amerikalı kimi vitse-prezidentlik uğrunda mübarizə aparır.

See all News Updates of the Day

Kəşfiyyat idarələri İran və Rusiyanın ABŞ seçkisinə yeni müdaxilələr etdiyini bildirir

ABŞ-ın kəşfiyyat agentlikləri İran və Rusiyanı “çarəsiz cəhd” kimi 3 noyabrda keçiriləcək prezident seçkisindən əvvəl xaos və çaşqınlıq yaratmaq üçün seçici qeydiyyatı ilə bağlı məlumatlardan istifadə etməyə çalışmaqda ittiham edir.

Milli Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff bununla bağlı çərşənbə günü təcili olaraq təşkil olunan mətbuat konfransı zamanı açıqlama verib. O, amerikalıları təskinləşdirməyə çalışıb və müdaxilə edən hər bir ölkənin “bədəl ödəyəcəyinə və bunun nəticələri ilə üzləşəcəyinə” söz verib.

“Biz seçici qeydiyyatı ilə bağlı bəzi məlumatların İran və Rusiyanın əlinə keçdiyini təsdiq etmişik,” deyib və əlavə edib ki, hər iki ölkə “seçki ilə əlaqəli ictimai rəyə təsir göstərmək üçün spesifik addımlar atıb.”

Ratklif Rusiyanın bu məlumatlardan necə istifadə etdiyini deməsə də, İranın kiber aktyorlarının son 24 saat ərzində fəal olduqlarını və onların əməliyyatlarından bəzilərinin ABŞ prezidenti Donald Trampa ziyan vura biləcəyini deyib.

“Biz İranın seçiciləri qorxutmaq, sosial iğtişaş yaratmaq və prezident Donald Trampa zərər vurmaq məqsədilə ‘saxta’ emaillər yolladığını görmüşük,” o deyib.

Prezidenti dəstəkləyən ultra-sağçı Proud Boys qrupundan gəldiyi kimi göstərilən email-ləri izləyən tədqiqatçılar onların azı dörd ştatdakı seçicilərə gönərildiyini bildirib ki, bunlar Arizona, Alaska, Pennsilvaniya və Florida ştatlarıdır.

Email-də əksəriyyəti Demokrat olan seçicilərə “Seçki günündə Trampa səs verəcəksən, yoxsa biz səni təqib edəcəyik” deyilib.

Proud Boys təşkilatının nümayəndələri bu email-lərlə əlaqələrinin olduğunu inkar ediblər.

Ratklif deyir ki, İran email-lərlə yanaşı həm də bəzi seçicilərin saxta bülleten atmağa meylli olduqlarını iddia edən video yayıb.

“Bu video və saxta bülletenlərlə bağlı hər hansı iddia həqiqətə uyğun deyil,” o deyib.

ABŞ-ın kəşfiyyat rəsmisi həmçinin bildirib ki, İranın və Rusiyanın seçici inamını zəiflətmək səylərinə baxmayaraq, “bizim seçki sistemimiz möhkəmdir.”

Rəy sorğularına inanmaq olarmı - Bayden, ya Tramp?

Rəy sorğularına inanmaq olarmı - Bayden, ya Tramp?
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Amerikalılar noyabr seçkiləri ərəfəsində prezidentliyə demokrat namizəd Co Baydenin Donald Trampı qabaqladığına dair rəy sorğularına inanmalıdırmı?

Demokrat Pariyasından prezidentliyə namizəd Co Bayden bu həftə seçki kampaniyasından kənar qalıb. O, Trampla növbəti debata hazırlaşıb.

Prezident Donald Tramp isə Arizona və Pensilvaniya kimi döyüş meydanlarında tərəfdarlarını toplamaqda davam edir.

"Biz onlara, demokratlara 3 noyabrda gurultulu məğlubiyyəti göstərməliyik. Mən tipik bir Vaşinqton siyasətçisi kimi səslənmirəmsə, bu, siyasətçi olmamağımdan irəli gəlir. Bu, dəqiqdir. "

Lakin Bayden kampaniyası səssiz deyil, vitse-prezidentliyə demokrat namizəd Kamala Harris kritik ştat hesab edilən Floridada seçkilərin çox şeyi ortaya qoyduğunu deyib.

"Cinayət ədaləti islahatı 2020-ci ildə bülletendə, 2020-ci ildə iqlim islahatı bülletenində. 2020-ci ildə hər şey bülletendə. Co Bayden 2020-ci ildə bülletendə."

Rəy sorğularına görə, Bayden Trampı qabaqlayır - bəzən cüt rəqəmlə. Ancaq Florida və Pensilvaniya kimi döyüş bölgəsində rəy sorğuları demək olar ki, çox yaxın göstəricilərə malikdir.

Politoloq Devid Damor deyir ki, bu ştatlarda baş verənlər kritik olacaq.

“Günün sonunda bilirsiniz ki, bu ştatlar çox yaxın olacaq. Bu səbəbdən Bayden üçün potensial bir məğlubiyyət, eyni zamanda Trampın zəfərinin dar olacağını düşünürəm. ”

Bir çox rəy sorğusu təşkilatı builki prezident seçkilərinə Trampın zəfərinin kollec diplomu olmayan ağlar tərəfindən dəstəklənəcəyii təxmin edilən 2016-cı illə müqayisədə fərqli bir şəkildə yanaşır.

“2016-cı ildəki rəy sorğularında ən böyük səhv ağ elektoratın ayrılması və ya dəyərləndirilməsi bağışlayın, təhsil səviyyələrinə görə edilməməsi idi. Bu, kolleclə qeyri-kollec arasında həqiqətən kəskin bir fərq olduğunu ortaya çıxardı. Beləliklə, bu səhvə yol verildiyini görmürük. Bu ştatlarda Baydenin 50 faizdən yuxarı və ya onun ətrafında olduğunu görürsünüz. Klinton isə 50 faizə yaxınlaşa bilmədi” - deyə, Las Veqasın Nevada Universitetindən Devid Damor bildirib.

Bu dəfə qərarsız seçicilər daha azdır, bu da sosioloqlara məlumatlarında daha çox güvən verir.

“İqtisadiyyat çox ehtimal ki, Trampın bu arqumenti irəli sürə biləcəyi mənada ən güclü məsələsidir" , Damor əlavə edib.

Tramp Amerikanın pandemiyadan öncəki iqtisadiyyatını önə çəkib sürətli bir sıçrayış vəd edərkən, demokratlar Trampın işinin effektvliyini azaltmaqda davam edir.

ABŞ prezidentliyinə namizədlərin debatı cümə axşamı keçiriləcək

ABŞ prezident seçkilərindən öncəki ikinci və son debatda namizədlərin eyni anda danışmasının qarşısını almaq məqsədi danışyan yeni qaydalar tətbiq olunacaq.

Prezident Donald Tramp debatın formatı ilə bağlı məyusluğunu dilə gətirib. O, bazar ertəsi müxbirlərə deyib ki, debatın “çox ədalətsiz” olduğunu düşünsə də, cümə axşamı Tennessi ştatının Naşvil şəhərində keçirilən tədbirdə iştirak edəcək.

“Mən iştirak edəcəm, amma onların mövzuları dəyişməsi çox ədalətsizdir və yenə də çox qərəzli olması çox ədalətsizdir,” Tramp deyib.

Debata NBC-nin Ağ Ev müxbiri Kristen Velker moderatorluq edir və o, Tramp və onun Demokrat rəqibi co Baydenə COVID-19-la mübarizə, Amerika ailələri, Amerikada irqlər, iqlim dəyişikliyi, milli təhlükəsizlik və liderlik barədə suallar verməyə qərar verib.

Trampın kampaniuası bazar ertəsi bildirib ki, debatda diqqət daha çox beynəlxalq məsələlərə yönəlməlidir.

Baydenin kampaniyası isə Tramp administrasiyasının koronavirus pandemiyası ilə mübarizəsindən danışmaqdan yayınmaq istədiyini və hər iki tərəfin debatın mövzularını moderatorun seçməsinə razılaşdığını bildirib.

“Prezident hər zamankı kimi böhranda olan bir xalqı ehtiyacı olan yardımla təmin etməkdən daha çox debatın qaydaları ilə daha çox maraqlanır,” Baydenin sözçüsü TJ Daklo deyib.

Cümə günü keçiriləcək debat müxtəlif mövzulara həsr olunmuş 15 dəqiqəlik hissələrdən ibarət olacaq. Bu hissələrdə hər namizədin danışmaq üçün 2 dəqiqə vaxtı olacaq, bunun ardınca ilə açıq müzakirələr olacaq.

Sentyabrın sonunda keçirilən ilk debatda Tramp Baydenin dəfələrlə sözünü kəsmişdi və Baydenin ona cavab olaraq “Sən səsini kəsəcəksən?” deyə cavab vermişdi.

Komissiya daha uyğun debat keçirmək üçün islhatlar etməyə söz vermişdi və bazar ertəsi namizədlərə ayrılan iki dəqiqəlik zaman ərzində yalnız bir namizədin mikrofonun açıq olacağını elan ediblər.

Bayden və Tramp aralarında son debata qədər mühüm ştatlarda kampaniya aparır

Prezident Donald Trump və onun Demokrat rəqibi Co Bayden bu həftə prezidentliyə namizədlər arasında keçiriləcək son debat yaxınlaşdıqca bazar günü Nevada və Şimali Karolina ştatlarında seçicilərlə görüşüb.

Florida Universitetinin ABŞ Seçkiləri Layihəsinə əsasən, təxminən 27.7 milyon amerikalı noyabrın 3-ü prezident seçkilərindən öncə ya poçtla, ya da şəxsən səsvermədə iştirak edib. Bu rekord göstərici müəyyən dərəcədə koronavirus pandemiyası fonunda seçki günü səsvermə məntəqələrində izdihamla bağlı narahatlıqlarla əlaqədardır.

Bayden qeydə alınmış seçicilərin 1,4 milyonu və ya 20 faizinin bazar gününə olan məlumata əsasən səs verdiyi mühüm ştat olan Şimali Karolina sakinlərini tez zamanda səs verməyə çağırıb.

Bayden həmçinin Trampı həftə sonu ABŞ-ın koronavirus pandemiyasında “dönüş yaratdığı” dediyinə görə tənqid edərək, ölkədə yeni yoluxma hallarının sayının son aylarda ən yüksək səviyyəyə çatdığını deyib.

Respublikaçı Trump bazar günü seçki kampaniya tədbirlərini 2016-cı ildə Demokratlara kiçik fərqlə məğlub olduğu Nevada ştatında davam etdirib. Ştatda erkən səsvermə şənbə günü başlayıb.

Nadir hallarda kilsəyə gedən, lakin aborta etiraz etdiyi və mühafizəkar hakimləri təyin etdiyi üçün yevangelist xristianlar arasında populyar olan prezident bazar günü Las Vegas Beynəlxalq Kilsəsində ibadət mərasimində iştirak edib.

Bu yaxınlarda özü COVID-19-a yoluxduqdan sonra sağalan Trump kilsədə maska taxmayıb.

Trumpın kampaniyasının sözçüsü Tim Murto onun cümə axşamı Floridada debata qədər Arizona və Şimali Karolina da daxil olmaqla hər gün kampaniya aparacağını bildirib.

Bayden sentyabr ayında Trampdan daha çox ianə toplayıb

Demokrat Co Bayden sentyabr ayında Prezident Donald Trampdan daha çox ianə toplayıb. Prezident seçki gününə həftələr qala bir vaxt kampaniya maliyyəsi baxımından rəqibindən geridə qalır.

Trampın kampaniyası Respublikaçıların Milli Komitəsi və əlaqədar qruplarla birlikdə sentyabr ayında 247.8 milyon dollar ianə toplayıb. Bayden və Demokratların Milli Komitəsi isə eyni dövrdə 383 milyon dollar toplayıb.

Trampın seçki kampaniyasının kommunikasiya direktoru Tim Mörto Twitter hesabında bildirib ki, sentyabrın sonunda Trampın kampaniyasının əlində 251.4 milyon dollar olub, Baydendə isə 432 milyon dollar.

Trampın maddi dəstək baxımdan geri qalması çox rast gəlməyən bir haldır, çünki ənənəvi olaraq prezidentlər rəqiblərin daha çox pul toplayırlar. Bu hal həmçinin onun yenidən seçkilmək şansına risk yaradır.

Reklamları izləyən Kantar/CMAG şirkətinin bildirdiyinə görə, Trampın kampaniyası televiziya və onlayn məkanda reklamlara çox pul xərcləsə də, ötən həftə Bayden reklamlara Tramp kampaniyasından 10 milyon dollar daha çox pul xərcləyib.

Baydenə ianələr Ali Məhkəmə hakimi Rut Beyder Ginsburqun ölümünündən sonra və Trampın ilk debatda geniş şəkildə tənqid olunan çıxışından sonra artıb.

Daha çox yüklə

XS
SM
MD
LG