Accessibility links

ABŞ-da yeni iş yerlərinin artımı kəskin aşağı düşüb


May ayında ABŞ-da yeni iş yerlərinin sayı kəskin şəkildə aşağı düşüb, məvaciblər artsa da, gözlənilən rəqəmdən aşağı olub. Ekspertlər iqtisadi artım tempinin aşağı düşməsi ilə bağlı müzakirələrin əmək bazarına təsir etdiyini və bununla Federal Ehtiyat Sisteminin bu il faiz dərəcələrini aşağı salması ilə bağlı çağırışların artacağını güman edir.

Əmək Nazirliyinin cümə günü yaydığı hesabatda qeyd edilən yeni iş yerlərinin sayının azalması Birləşmiş Ştatların iki aparıcı ticarət tərəfdaşı olan Çin və Meksika ilə ticarət gərginliyinin yaranmasından öncə müşahidə edilib. İqtisadçılar xəbərdarlıq edirlər ki, ticarət müharibələri tarixdə qeydə alınmış ən uzun artımdan sonra iqtisadiyyata mənfi təsir göstərə bilər.

May ayında qeyri-kənd təsərrüfatı sahəsində açılan yeni iş yerlərinin sayı 75,000 təşkil edib. Hökumət bu hesabatın yaxından izlənildiyini və iqtisadi artımla ayaqlaşmaq üçün hər ay təxminən 100,000 yeni iş yerinin açılmasına ehtiyac olduğunu bildirir.

Aylıq əmək haqqı artımı may ayında mülayim qalıb. Bir saatlıq ortalama əmək haqqı aprel ayında olduğu kimi 6 sent və ya 0.2 faiz artıb. Nəticədə əmək haqqında illik artım aprel ayında olan 3.2 faizdən 3.1 faizə düşüb. Həftəlik ortalama iş saatları 34.4 saatla keçən ayla müqayisədə dəyişilməz qalıb.

Mayt ayının hesabatına əsasən, işsizlik dərəcəsi 3.6 faizlə, təxminən 50 il ərzində ən aşağı göstəricidə qalmağa davam edir.

XS
SM
MD
LG