Accessibility links

ABŞ-dakı rus agenti Mariya Butinanın azad edilməsi, deportasiyası gözlənilir


Birləşmiş Ştatların mühafizəkar siyasi fəallarını təsir altına almaq və ABŞ Milli Tüfəng Assosiasiyasına infiltrasiya itthamları ilə 18 ay həbs cəzasına məhkum edilən Rusiya agenti Mariya Butinanın cəzasının çox hissəsini çəkdikdən sonra cümə günü Florida həbsxanasından azad ediləcəyi və tez bir zamanda vətəninə deportasiya ediləcəyi gözlənilir.

Butinanın vəkili Robert Driskoll 31 yaşlı müştərisinin Tallahassi həbsxanasından noyabrın əvvəlində azad edilməli olduğunu, lakin federal qanunda edilən dəyişikliyə əsasən "yaxşı davranışa" görə azadlığa çıxma tarixinin dəyişdirildiyini deyib.

Özünü silah gəzdirmək haqları fəalı kimi qələmə verən Mariya Butina Amerikanın mühafizəkar dairələrini təsir altına almağa səy göstərməkdə ittiham olunub.

Driskoll Butina sərbəst buraxıldıqdan dərhal sonra deportasiya məqsədilə ABŞ immiqrasiya orqanları tərəfindən nəzarətə alınacağını bildirib.

Rusiya prezidenti Vladimir Putin Butinanın həbsindən hiddətləndiyini və onun Rusiya təhlükəsizlik xidmətlərindən heç bir göstəriş almadığını bildirib.

Vaşinqtonda yerləşən Amerika Universitetinin sabiq aspirantı və özünü silah hüquqları müdafiəçisi kimi qələmə verən Mariya Butina dekabr ayında xarici agent kimi xidmət göstərmək ittihamını qəbul edərək ittihamçılarla əməkdaşlıq etməyə razı olub.

Onun 18 aylıq həbs cəzasına 2018-ci ilin iyulunda həbsindən bəri saxlanıldığı 9 ay da daxil edilib.

XS
SM
MD
LG