Accessibility links

ABŞ-dan Çinlə ticarət razılığına dair möhlət - 1 mart


Amerikanın ticarət təmsilçisi Robert Laytizer ABŞ-la Çin arasında ticarət müzakirələrinin mart ayının 1-dək uğurlu nəticə ilə başa çatmasının mühümlüyünü vurğulayıb. O, əks təqdirdə Çin mallarına yeni tariflərin tətbiq ediləcəyini deyib.

Dünya bazarları bu iki ən böyük iqtisadiyyat arasında baş verənlər fonunda gərginlik içərisindədir.

Narahatlığım çətin bu tarixlə bağlıdır. Amerika prezidenti ilə görüşümüzdə martda əvvəllə bağlı heç nə demir.

CBS-in Face the Nation proqramında danışan Robert Laytizer “Narahatlığım çətin bu tarixlə bağlıdır. Amerika prezidenti ilə görüşümüzdə martda əvvəllə bağlı heç nə demir” deyə bildirib.

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Şi Tsinpinlə “möhkəm və özəl” münasibətlərə malik olduğunu və ABŞ-Çin ticarət sazişinin amerikalı fermerlərin Pekinə daha çox məhsul satmasına yardım edəcəyini bildirib.

Tramp bu şərhlərini Argentinada Şi ilə razılıq əldə ediləndən sonra səsləndirib. Razılığa əsasən, iki ölkə yeni ticarət sazişinin danışıqlarını həyata keçirəcəkləri növbəti 90 gündə bir-birinin ixracına heç bir tarif tətbiq etməyəcək.

Ağ Evin iqtisadi məsələlər üzrə müşavifi Larri Kudlou deyib ki, Birləşmiş Ştatlar Çinin $1 trilyon dollar həcmində Amerika məhsulu almaq öhdəliyi götürməsinə nail olub.

Birləşmiş Ştatlar 2017-ci ilə Çinlə ticarət münasibətlərində $335.4 milyard dollarlıq defisitlə yekun vurub.

XS
SM
MD
LG