Accessibility links

ABŞ-dan sərt sanksiya - 11 rəsminin bank hesabları donduruldu


Krımın Ukraynadan ayrılaraq Rusiya Federasiyasının tərkibinə qatılmasını bəyan etməsindən sonra bu gün ABŞ prezidenti Barak Obama Ukraynaya "sarsılmaz dəstəy"ini ifadə edib.

Bu gün Ağ Evdə danışan cənab Obama Ukrayna və Rusiya rəsmilərinə qarşı sanksiyaları açıqlayıb. O, deyib ki, ehtiyac yaranarsa və Rusiya regionda gərgiliyi daha da artırmaq kursunu seçsə, Vaşinqton sanksiyaları daha da sərtləşdirə bilər.

Prezident Obamanın sözlərinə görə, vitse-prezident Co Bayden NATO liderləri ilə vəziyyəti müzakirə etmək üçün bu gün Avropaya yola düşür. Prezidentin özü isə oxşar səfəri gələn həftə həyata keçirməyi planlaşdırır.

Ağ Ev Krımın Ukraynadan ayrılaraq Rusiyaya birləşdirilməsinə siyasi təzyiqlə əlaqəli 11 rus rəsmisinin hesablarını dondurduğunu açıqlayıb.

Bu gün səhər saatlarında Obama admınistrasiyası sanksiyaları elan edib. ABŞ-ın sanksiyaları Avropa Birliyinin Rusiya və Ukraynadan olan 21 rəsmiyə səfər və ticarət qadağası qoymasından sonraya təsadüf edir.

Bu addımlar bu gün Krımın Ukraynadan ayrılaraq Rusiyanın tərkibinə keçməsini bəyan etməsinə cavab olaraq atılır.

ABŞ tətbiq etdiyi sanksiyalar barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
XS
SM
MD
LG