Accessibility links

ABŞ-dan Türkiyə açıqlaması: "Dialoqu davam etdirəcəyik"


Tükiyədə Osman Kavalanın sərbəst buraxılmasına dair 10 ölkə səfirinin açıqlaması diplomatik qalmaqala səbəb olmuşdu. Məsələ ABŞ Dövlət Departamentinin gündəlik mətbuat konfransında da gündəmə gəlib. Dövlət Departamentinin nümayəndəsi Ned Prays Türkiyə ilə hər bir mübahisənin həllində dialoqun davam etdiriləcəyini bildirib.

"Səfirimiz Satterfild Türkiyədədir. O, ABŞ-ın Türkiyədəki səfiri vəzifəsini davam etdirir. Prezident Ərdoğanın son açıqlamalarını nəzərə aldıq. Biz bütün dünyada qanunun aliliyini və insan hüquqlarına hörməti təşviq etməkdə davam edəcəyik. Bayden administrasiyası Türkiyə ilə ortaq prioritetlər üzrə əməkdaşlıq etməyi hədəfləyir", Prays jurnalistlərin verdiyi suala cavab olaraq bildirib ki,

Ned Prays həmçinin bildirib ki, "Hər bir NATO müttəfiqi kimi biz də istənilən mübahisənin həlli ilə bağlı dialoqu secəcəyik. Biz hesab edirik ki, ən yaxşı yol ümumi maraq doğuran məsələlərdə əməkdaşlıqdır. Türkiyə ilə ortaq maraqlarımız olan bir çox məsələlər var".

Jurnalistlər Dövlət Departamentinin nümayəndəsi Praysa bu sualla müraciət edib: "Türkiyənin dövlət mediası mövcud vəziyyəti şərh edərək ABŞ və digər ölkələrin geri addım atması kimi xarakterizə edib. Bəs siz Osman Kavalanın azadlığa buraxılması tələbi ilə bağlı ilk bəyanatı hələ də dəstəkləyirsinizmi?"

Ned Prays isə cavab olaraq bildirib ki, “Oktyabrın 18-də verdiyimiz bəyanat Vyana Konvensiyasının 41-ci maddəsinə uyğundur. Biz bütün dünyada qanunun aliliyini təşviq etməyə sadiqik”. O həmçinin bəyanatda vurğulanan detalların universal prinsiplər olduğunu bildirib.

XS
SM
MD
LG