Accessibility links

DR tele-kanalı: `ABŞ Danimarka kabellərinin yardımı ilə Merkel və Avropanın digər yüksək vəzifəli şəxslərini izləyib`


Danimarka dövlət DR kanalının bildirdiyinə görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) Almaniya kansleri Angela Merkel də daxil olmaqla, qonşu ölkələrin yüksək vəzifəli şəxslərini izləmək üçün Danimarkanın Xarici Kəşfiyyat İdarəsi ilə iş birliyində olub.

DR adını açıqlamadığı doqquz mənbəyə istinadən bildirib ki, əldə edilən məlumatlar Danimarka Hərbi Kəşfiyyat Xidmətinin ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi ilə birlikdə 2015-ci ildə apardığı istintaqın nəticəsidir.

2012-2014-cü illəri əhatə edən istintaq zamanı ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi İsveç, Norveç, Fransa və Almaniyadakı yüksək vəzifəli məmurları, eləcə də Almaniyanın keçmiş xarici işlər naziri Frank-Valter Şteynmeyer və Almaniyanın müxalifət lideri Pyer Şteynbruku izləmək üçün Danimarkanın məlumat kabellərindən istifadə edib.

Almaniya kabinet sözçüsü DR hesabatı ilə əlaqədar jurnalistlərin bu iddialar barədə soruşduqları zaman yalnız xəbərdar olduqlarını və əlavə şərh verməkdən imtina etdiyini bildirib.

Danimarkanın müdafiə naziri Trine Bramsen də medianın kəşfiyyat mövzusundakı "spekulyativ" məlumatlarına şərh verməkdən imtina edib.

"Təkcə onu deyə bilərəm ki, bu, hökumətin 2013 və 2014-cü illərdə keçmiş Baş nazirlə münasibəti eynidir - yaxın müttəfiqlərin sistemli telefon danışıqlarının izlənilməsi qəbuledilməzdir ," Bramsen Reuters xəbər agentliyinə verdiyi bəyanatda bildirib.

Vaşinqtonda ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi və Milli Kəşfiyyat İdarəsinin direktor Ofisi (DNI) şərh verməkdən imtina edib. Danimarka Hərbi Kəşfiyyat Xidmətinin sözçüsü də məsələy münasibət bildirməyib.

ABŞ-ın yaxın müttəfiqi olan Danimarkada İsveç, Norveç, Almaniya, Hollandiya və Britaniya gedən sualtı internet kabellərinin bir neçə əsas stansiyası yerləşir.


XS
SM
MD
LG