Accessibility links

ABŞ Delta versiyasının artmaqda olduğu Pakistana Moderna peyvəndi ianə edib


Pakistan COVID-19-un Delta verisyası ilə mübarizə aparmağa çalışdığı bir vaxt Bayden administrasiyası cümə günü ölkəyə 3 milyon doza Moderna vaksini göndərib. Dozaların bazar günü çatması gözlənilir.

Ağ Ev Amerikanın Səsinə bildirib ki, bu dozalar COVAX qlobal peyvənd paylama mexanizmi çərçivəsində bundan əvvəl göndərilmiş 2,5 milyon dozaya əlavə edilib.

Pakistan indiyə qədər böyük ölçüdə milli peyvəndləmə kampaniyası üçün Çin vaksinlərindən istifadə etsə də, ABŞ-ın bu ianələri kritik çatışmazlıqları aradan qaldırmağa kömək edəcək.

Pakistanlı işçilərin Çin peyvəndlərinin istifadəsi hələ ki, təsdiqlənmədiyi xarici ölkələrdə işlərini davam etdirə bilməsi üçün ABŞ və Avropanın istehsal etdiyi peyvəndləri vurdurması tələb olunur.

“Biz bu dozaları üstünlük əldə etmək və ya güzəşt əldə etmək məqsədi ilə paylamırıq. Bizim bunları etməkdə tək məqsədimiz insanları xilas etməkdir" deyə rəsmilər bildirir.

Pakistan isə öz növbəsində 3 milyon doza Moderna peyəndinin göndərilməsinə görə "dərin minnətdarlığını" bildirib.

"Bu peyvəndlər Pakistanda davam edən peyvəndlənmə prossesinə təkan verəcək" deyə Xarici İşlər Nazirliyinin sözçüsü Zahid Hafiz Çaudhri Amerikanın Səsinə bildirib.

Vaşinqton bundan əvvəl pandemiya ilə mübarizə aparmaq üçün İslamabada 50 milyon dollarlıq COVID-19 yardımı çatdırıb.

200 milyonluq əhalisi olan ölkədə virusun nəzarət altında olduğu bildirilir.

Pakistan hökümətinin rəsmi məlumatları göstərir ki, ölkədəki bir milyondan çox yoluxmuş şəxsin 53,600-ü aktiv xəstədir. İndiyə qədər qeydə alınmış ölüm sayı isə 23 minə yaxındır.

İlk dəfə Hindistanda ortaya çıxmış Delta versiyası hazırda ölkənin ən böyük şəhəri Karaçidə yoluxmaların 100 faizini təşkil edir.

Pakistan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, indiyə qədər 24,5 milyon doza peyvənd tətbiq edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG