Accessibility links

Demokratların Milli Komitəsinə haker hücumu cəhdi olub


ABŞ demokratlarının Milli Komitəsi Federal Təhlükəsizlik Bürosuna seçicilərin məlumat bazasına haker hücumları cəhdinin qarşısını aldığını bildirib.

İnsanların şəxsi məlumatlarına sahib çıxmaq məqsədilə təşkil edilən hücum demokratlarının Milli Komitəsi ilə birgə işləyən kiber təhlükəsizlik şirkəti tərəfindən bazar ertəsi günü aşkarlanıb.

Rusiya dəfələrlə hər hansı bir iştirakı rədd edib.

Demokrat Partiyasının kibertəhlükəsizliyi 2016-cı il prezident seçkilərindən sonra Rusiya hökuməti ilə əlaqəli hakerlərin demokratların Milli Komitəsinın serverlərini pozması və Berni Sanderslə Hillari Klintonun kampaniyaları arasında parçalanma yaranmasına səbəb olan təmasları açıq şəkildə aşkara çıxartması müzakirə obyekti olub. Rusiya dəfələrlə seçkilərə müdaxiləsini rədd edib.

Berni Sanders və Hillari Klinton
Berni Sanders və Hillari Klinton

Hakerlər Hillari Klintonun kampaniya sədri Con Podestanın elektron-poçt hesablarına daxil olaraq, payız kampaniyası zamanı kampaniyanın məzmununu sistematik şəkildə yayımlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG