Accessibility links

ABŞ diplomatı: Ukraynaya dəstəyimiz möhkəmdir


Birləşmiş Ştatların Ukraynadakı diplomatik nümayəndəliyi rəhbərinin müavini Kristina Kvien ABŞ-ın Kyivdəki səfirliyində müvəqqəti işlər müvəkkili təyin edilib.

Yanvarın 2-də Facebook-da yayımlanan videoda Kristina Kvien Birləşmiş Ştatların Ukraynaya "güclü dəstək siyasətinin dəyişməz qaldığını" deyib.

"Səfirliyimizin komandası Ukrayna hökuməti və vətəndaş cəmiyyəti ilə sıx tərəfdaşlığa davam edəcək və Ukraynanın suverenliyini və ərazi bütövlüyünü, gələcəkdə çiçəklənən Avropa ölkəsi olması üçün islahatlarını dəstəkləyəcək,” o bildirib.

İyulun sonunda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Baydenlər üzərində təhqiqata çağıran Tramp həmin vaxt Rusiyapərəst separatistlərlə müharibə aparan Kyivə çatacaq $391 milyon dollarlıq hərbi yardımı müvəqqəti dayandırmışdı.

Kvien 2019-cu il mayın 18-dən bu vəzifədə çalışır. O, ilin sonunda istefa verən Vilyam Teyloru əvəzləyəcək.

Teylor dekabrın 31-də videomüraciətində ukraynalılarla vidalaşaraq, Ukraynanın gələcəyi ilə bağlı "çox nikbin" olduğunu deyib.

Vilyam Teylor Prezident Donald Trampın imöimenti ilə bağlı Konqredsə keçirilən dinələmələrdə ifadə verdikdən sonra siyasi diqqət mərkəzinə çevrildi.

Onun müdiri olduğu əməkdaşlardan biri Trampın ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondlanddan Ukrayna hökumətindən prezidentin qarşıdan gələn seçkilərdə əsas rəqibi ola biləcək Co Bayden üzərində təhqiqat aparmağı xahiş etdiyini telefon danışı zamanı kənardan eşitdiyini söyləmişdi.

ABŞ Nümayəndələr Palatası dekabrın 19-da Prezident Donald Trampı öz siyasi mənfəəti xatirinə prezident səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin onun əməllərini araşdırmaq səylərini əngəlləməkdə ittiham edərək onun impiçmentinə səs verdi.

ABŞ-ın Aİ-dakı səfiri Qordon Sondland Konqresdə ifadə verir.
ABŞ-ın Aİ-dakı səfiri Qordon Sondland Konqresdə ifadə verir.

Partiya xətti üzrə bölünən səsvermədə palatada çoxluq təşkil edən Demokratların mütləq əksəriyyəti iki impiçment maddəsini təsdiq edərək Trampı 243 illik ABŞ tarixində üçüncü impiç edilən prezident etdi.

İyulun sonunda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Baydenlər üzərində təhqiqata çağıran Tramp həmin vaxt Rusiyapərəst separatistlərlə müharibə aparan Kyivə çatacaq $391 milyon dollarlıq hərbi yardımı müvəqqəti dayandırmışdı.

Tramp sonradan həmin vəsaitin Ukrayanya verilməsini təsdiqləmişdi ki, bir çox Respublikaçıların nəzərində bu, quid pro quo – yəni Baydenlər üzərində təhqiqat müqabilində Ukraynaya hərbi yardımın verilməsi barədə ittihamları heçə endirir.

Nümayəndələr Palatasında impiçmentin birinci maddəsi (səlahiyyətlərdən sui-istifadə) 230:197 səslə, ikincisi (Konqres araşdırmasını əngəlləmək) isə 229:198 səslə qəbul edilib.

Şərhlərə bax

XS
SM
MD
LG