Accessibility links

ABŞ Boeing 737 MAX-ın uçuşlarını dayandırıb


ABŞ prezidenti Donald Tramp Efiopiyada baş verən və 157 nəfərin həlak olduğu qəzadan sonra ABŞ-ın Boeing 737 MAX təyyarələrinin uçuşlarının dayandırdığını bildirib.

Donald Tramp bildirib ki, ABŞ bu qərarı Kanada və digər ölkələrlə koordinasiya edərək qəbul edib.

Boeing şirkəti rəsmi internet saytında 737 MAX-ın təhlükəsizliyinə olan inamına baxmayaraq, ABŞ səlahiyyətlilərinin qadağasını dəstəkləyən bəyanat yayımlayıb.

Kanadanın nəqliyyat naziri jurnalistlərə bildirib ki, qadağa Boeing 737 MAX-in ölkə ərazisində qalxması və enməsinə, həmçinin Kanada hava məkanında bu tip təyyarələrin uçuşlarına aiddir.

Daha əvvəl Boeing 737 MAX uçuşlarında qadağa və ya məhdudiyyətləri aşağıdakı şirkətlər qoyub:

  • Meksika aviaşirkəti - Aero Meksika
  • Avstraliya Mülki Aviasiya Təhlükəsizliyi Agentliyi
  • Bermuda Mülki Aviasiya Təşkilatı
  • Braziliya aviaşirkəti - Gol
  • Cayman Airways aviaşirkəti
  • Çin Mülki Aviasiya İdarəsi
  • Cənubi Afrika şirkəti - Comair
  • Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi
  • Efiopiya hava yolu şirkəti Efiopiya Hava yolları
  • Yeni Zelandiya Mülki Aviasiya Təşkilatı
  • Fici Mülki Aviasiya Təşkilatı
  • Honq-Konqun Mülki Aviasiya Şöbəsi
  • Hindistan Mülki Aviasiya Nazirliyi
  • İraq Mülki Aviasiya Təşkilatı
  • Qazaxıstanın Mülki Aviasiya Komitəsi
  • Küveyt Mülki Aviasiya İdarəsi
  • Makao Mülki Aviasiya İdarəsi
  • Monqolustan aviaşirkəti MIAT
  • Nigeriya Aviasiya Nazirliyi
  • Norwegian Air - Norveç loukoster aviaşirkəti
  • Rusiya aviaşirkəti S7.

XS
SM
MD
LG