Accessibility links

ABŞ elçisi Şimali Koreyanı "təxribatlara" son qoymağa çağırır


ABŞ-ın Şimali Koreya üzrə elçisi bazar günü Pxenyanı nüvəsizləşdirmə danışıqları aparmağa çağırıb.

Xüsusi nümayəndə Sunq Kim Pxenyanın bu yaxınlarda keçirdiyi balistik raket sınağını narahatedici və Koreya yardımadasında davamlı sülhə əks təsir göstərir.

Lakin Pxenyan indiyədək danışıq masasına geri dönmək təkliflərini tərk edərək, Vaşinqton və Seulu öz hərbi fəaliyyətləri ilə gərginliyi artırdığı bir vaxt diplomatiya haqda danışmaqda ittiham edib.

Şimali Koreya cümə axşamı bildirib ki, Birləşmiş Ştatlar yeraltı qayıqdan atılan və özünü-müdafiə məqsədi daşıdığını bildirən balistik raket sınağına həddindən artıq çox reaksiya verir.

Bu, son bir neçə həftədə keçirilən bir neçə sınaqdan biridir və BMT-nin Şimali Koreyaya tətbiq etdiyi sanksiyaları pozur.

Kim bildirib ki, Vaşinqtonun Şimali Koreyaya qarşı heç bir düşmən niyyəti yoxdur.

Cənubi Koreya elçisi Noh Kyu-duk deyib ki, o və ABŞ elçisi Seulun Koreya Müharibəsinə rəsmi olaraq son qoyulduğunu bəyan etmək təklifini “ciddi şəkildə” müzakirə edib.

1950-1953-cü illərdə baş verən Koreya müharibəsi sülh razılığı əvəzinə atəşksələ başa çatıb.

Cənubi Koreya rəsmiləri bu cür bəyanatı danışıqları başlatmaq üçün yaxşı niyyət jesti olaraq görür.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG