Accessibility links

ABŞ Ermənistan və Azərbaycanı atəşkəsə dair öhdəliklərinə əməl etməyə çağırır


Birləşmiş Ştatlar son Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəddə zorakılığın artmasını pisləyib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın açıqladığı bəyanatda Birləşmiş Ştatlar vəziyyəti Ermənistan və Azərbaycanı gərginliyin azaldılmasına çağırıb.

“Biz Ermənistan və Azərbaycanı gərginliyin azaldılması üçün dərhal təcili addımlar ataraq, atəşkəsə dair öhdəliklərini yerinə yetirməyə çağırırıq.

Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlik, bütün həll olunmamış məsələlərə toxunan hərtərəfli bir həll yolunun iki ölkə arasındakı münasibətləri normallaşdıra biləcəyini və bölgə xalqlarının birlikdə sülh içində yaşamasını təmin edə biləcəyini vurğulayır.

ABŞ Ermənistanı və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa müddətdə substantiv müzakirələrə qayıtmağa çağırır,” – deyə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

İyulun 28-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon söhbəti zamanı Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Filip Rikerin iki ölkə arasında sərhəddə gərginliklə bağlı narahatlığını ifadə etdiyi bildirilib.

2020-ci il Dağlıq Qarabağda Rusiyanın vasitəçiliyi ilə üçtərəfli razılaşma ilə sona çatan müharibədən sonra Azərbaycan və Ermənistan arasında sərhəddə gərginliklər davam edir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ Azərbaycan və Ermənistan arasında sərhəddə gərginliyin danışıqlar vasitəsilə həllinə dəfələrlə çağırışlar edib.

XS
SM
MD
LG