Accessibility links

Fauçi: Vaxtından əvvəl açılma ölkəni yeni yoluxma halları təhlükəsi qarşısında qoya bilər


Birləşmiş Ştatların yüksək səhiyyəli səhiyyə rəsmisi çərşənbə axşamı Konqres komitəsinə koronavirus məhdudiyyətlərinin qaldırılmasının təhlükələri barədə məlumat verəcəyini deyib.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru, doktor Entoni Fauçi New York Times-a deyib ki, onun millət vəkillərinə verəcəyi əsas mesaj Ağ Evin ölkənin təhlükəsizliyinə dair üç mərhələli planına əməl edilmədiyi təqdirdə, ölkədə daha çox yoluxma halları riski ola biləcəyl ilə bağlı olacaq.

"Bu, yalnız gərəksiz əzab və ölümlə nəticələnməyəcək, bu, bizi geriyə apararaq, normal həyatımıza qayıtmağa imkan verməyəcək" - deyə, Fauçi bildirib.

Ağ Evin planı ştatlarda məhdudiyyətlərin yüngülləşdirilməsi üçün bir neçə tövsiyyədən ibarətdir. Ştatlar pozitiv test nəticələrinin aşağı xətt trayektoriyaları üzrə getdiyini və iki həftə ərzində azalma hallarını göstərən sənədləri, habelə virusa yoluxanların digərləri ilə təmaslarının izlənildiyinə dair güclü sistemlərin olduğunu nümayiş etdirməlidir.

Fauçi çərşənbə axşamı Senatda Səhiyyə, Təhsil, Əmək və Pensiyalar Komitəsi qarşısında "Təhlükəsiz şəkildə işə və məktəbə qayıtmaq" mövzusunda dinləmələrdə çıxış edəcək dörd yüksək vəzifəli rəsmidən biridir.

Xəstəliklərə Nəzarət və Profilaktika agentliyinin direktoru Robert Redfild və Ərzaq və Dərmanlara Nəzarət agentliyinin komissarı, doktor Stefen Han da Fauçi ilə birlikdə ifadə verəcək. Lakin onlar Ağ Evin COVID-19-a yoluxmuş işçisi ilə əlaqə olduqları və özlərini təcrid etdikləri üçün dinləmələrə video vasitəsilə qatılacaqlar.

Dinləmələrdə səhiyyə nazirinin yardımçısı Brett Giruar da iştirak edəcək.

Cons Hopkins Universitetinin hesablamalarına görə, ABŞ-da təsdiqlənmiş yoluxma hallarının sayı 1,3 milyon, ölüm hallarının sayı isə 80 mindir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG