Accessibility links

ABŞ Fransanın Rusiyaya hərbi gəmi satışı razılığına etiraz edir


Ukraynadakı hadisələrlə bağlı Rusiyaya daha ağır sanksiyaların nəzərdən keçirildiyi bir vaxt ABŞ rəsmiləri Fransa hərbi gəmisinin Moskvaya satılması barədə narahatlığını ifadə edib.

"Biz hətta son problem yaşanmadan da bu satış barədə müntəzəm olaraq narahatlığımızı ifadə etmişik" - deyə Fransa xarici işlər naziri Loren Fabiousun Vaşinqtona səfəri öncəsi dövlət katibinin Avropa məsələləri üzrə müşaviri Viktoriya Nuland ABŞ qanunvericilərinə deyib.

İki Mistral hərbi gəmisindən birincisi bu ilin oktyabr ayınadək Rusiyaya göndərilməyəcək və Fransa indiyədək 1.2 milyard dollarlıq müqavilənin təxirə salınması barədə təzyiqlərə qarşı çıxır.

Mistral təkmilləşdirilmiş vertolyot daşıyan hücum gəmisidir və Fransanın 2011-ci ildə onları Rusiyaya satmağa dair sazişi artıq o zamandan ABŞ və digər NATO müttəfiqlərinin narahatlıqlarına səbəb olmuşdu.

XS
SM
MD
LG