Accessibility links

ABŞ höküməti 17-ci gündür qismən bağlıdır


ABŞ höküməti artıq 17-ci gündür qismən bağlıdır. Prezident Donald Tramp sərhəd divarının inşası üçün maliyyə tələb edir, Nümayəndələr Palatası isə bağlanan idarələri açmağa yönəlmiş qanun layihələri hazırlayır.

Yüz minlərlə hökümət işçisi hələ də işləmir, bir neçə yüz min digər işçi isə işləsə də, maaş almır.

Prezident Tramp qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün ABŞ-Meksika sərhədində divarın inşası üçün 5 milyard dollar daxil edilmədiyi təqdirdə hər hansı büdcə planını təsdiq emtəyəcəyini bildirib. Konqresdəki demokratlar isə bu tələbi rədd edir və bunun qeyri-effektiv və bahalı səy olacağını deyir.

Donald Tramp müxbirlərin suallarını cavablandırır
Donald Tramp müxbirlərin suallarını cavablandırır

Tramp bazar günü müxbirlərə deyib ki, bir çox federal işçi Meksikadan ölkəyə narkotik maddə, terrorçu və cinayətkar qupların keçməsinə son qoymaq məqsədilə maaşlarından vaz keçməyə razıdır.

Prezident Tramp bazar günü vitse-prezident Mayk Pens və demokrat rəsmilər arasında sərhəd təhlükəsizliyi ilə bağlı görüşü alqışlayıb və deyib ki, əgər demokratlar razılıq əldə etməyə razıdırlarsa, “bu razılıq 20 dəqiqə ərzində əldə oluna bilər.”

O deyib ki, milli fövqəladə vəziyyət elan etməyi nəzərdən keçirir. Bu təqdirdə o, Konqresin təsdiqi olmadan divarı inşa edə bilər. Lakin bəzi demokratlar deyir ki, onun bu addımı məhkəməyə verilə bilər.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosu bu həftə söyləyib ki, o, bağlanmış idarələri açmaq üçün fərdi büdcə layihələrini səsverməyə qoyacaq və əsas prioritet Maliyyə Nazirliyi ilə Vergilər Nazirliyinə veriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG