Accessibility links

ABŞ höküməti 24 gündür qismən bağlıdır


Bazar ertəsi hökümətin qismən bağlanmasının 24-cü gününə keçdiyi bir vaxt ABŞ prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində divarın inşasının vacibliyini bildirir, demokratlar isə bunu bahalı və səmərəsiz tədbir adlandıraraq dəstəkləməkdən imtina edir.

Bazar günü Tramp bir sıra tvitlər yazaraq, mühafizəkar şərhçi Pat Buçanandan sitat gətirib. Buçanan Trampın divar qurmağa istədiyi pulları almaq üçün iicra səlahiyyətindən istifadə edərək, ölkədə fövqəladə vəziyyət elan etməyə çağırıb.

Tramp tviti öz şərhi ilə tamamlayıb, "Ölkəmizin möhtəşəm insanları sərhəd təhlükəsizliyini indi tələb edirlər!"

Bazar günü səhər Senatın Ədliyyə komitəsinin sədri Lindsi Qraham ABŞ prezidentini danışıqların davam etdirilməsi üçün hökumətin fəaliyyətini müvəqqəti bərpa etməyə çağırdığını bildirib.

"Mən onu üç həftə kimi qısa bir müddətə hökuməti açmağa çağırıram. Görək razılığa gələ biləcəyikmi. Üç həftə ərzində razılığa gələ bilməsək, başqa çıxış yolumuz olmayacaq. Görək özü fövqəladə güclər vasitəsilə bunu edə biləcəklər?", Cənubi Karolina ştatının respublikaçı senator Lindsi Qraham deyib.

ABŞ-Meksika sərhədində fövqəladə vəziyyətin elan olunması Trampa sərhəd təhlükəsizliyi üçün konqresin icazəsi olmadan 5 milyard dollar xərcləmək imkanı verəcək.

Hal-hazırda 8 yüz min fedral işçi ya işləmir, ya da ödənişsiz işləyir.

XS
SM
MD
LG