Cümə günü gecə yarısı federal hökumət agentliklərinin qismən bağlanmasına gətirib çıxara biləcək ABŞ hökumət xərcləri ilə bağlı müzakirələrdə irəliləyişə dair çox az işarələr var.
Prezident Tramp Konqresin ABŞ-Meksika sərhədində inşa etmək istədiyi divar üçün $5 milyard məbləğində xərcləri təsdiqləməsində israr edir və əks təqdirdə hökümətin bağlanmasına icazə verəcəyini bildirir.
Demokratlar və bəzi respublikaçılar bu plana qarşı çıxır. Demokrat partiyasının liderləri isə digər sərhəd təhlükəsizliyi xərclərinə $1,3 dollar ayrılmasını təklif edir.
Tramp yaxınlarda Demokrat partiyasının liderləri ilə görüşdə sərhəddə divarın inşası məsələsi ilə əlaqədar hökumətin bağlanmasına görə məsuliyyət daşıdığı üçün "xöşbəxt olacağını" deyib.
Hökümətin bu dəfə bağlanması təxminən 380 min federal işçiyə təsir göstərə bilər.