Accessibility links

ABŞ hökuməti cümə axşamı gününədək qismən bağlı olacaq


ABŞ hökuməti cümə axşamı gününədək qismən bağlı olacaq.

Tramp bildirib ki, demokratların hamısı divar və ya hasarın inşasının tərəfdarıdır. Prezident iddia edib ki, onlar bunun prezident seçkilərinin kampaniyasının gündəmində olduğu üçün divarın əleyhinədir.

Federal hökumət agentliklərinin qismən cümə günü gecə yarısı bağlanıb.

Prezident Tramp Konqresin ABŞ-Meksika sərhədində inşa etmək istədiyi divar üçün $5 milyard məbləğində xərcləri təsdiqləməsində israr edib və əks təqdirdə hökümətin bağlayacağı ilə hədələyib.

Demokrat partiyasının liderləri digər sərhəd təhlükəsizliyi xərclərinə $1,3 dollar ayrılmasını təklif edib.

Senatın ikinömrəli demokrat üzvü, İllinoisdən Dik Durbin deyib ki, Tramp orta əsrlərə aid bir planla hökuməti bağlayıb. O, bunu mənasız adlandıraraq, qəddarlıq kimi qiymətləndirib.

Senatdakı respublikaçılar çoxluğunun lideri Mitç Makkonell bildirib ki, müzakirələr davam etdiriləcək.

Demokratların lideri Cak Şumer isə “Washington Post”a bildirib ki, onlar müzakirələrə açıq olsalar da, divarın çəkilməsinə əlavə pul ayrılmasını qəbul etməyəcəklər.

ABŞ prezidenti Donald Trump bundan əvvəl hökumətin bağlanmasına görə məsuliyyət daşımaqdan qürur duyacağını bildirmişdi.

Dekabrın 21-də isə o, “Tvitter”də yazıb ki, hökumətin bağlanmasına görə demokratlar cavabdehlik daşıyır.

Hökümətin bağlanması ilə 800000 federal işçi işə getmir və işləmədikləri günlərə görə onlara maaş ödənilmir.

XS
SM
MD
LG