Accessibility links

ABŞ hökuməti hələ də qismən fəaliyyət göstərir


ABŞ hökuməti hələ də qismən fəaliyyət göstərir. Ölkə liderləri Nümayəndələr Palatasının demokrat nümayəndələrinin cümə axşamı günü qanunu təsdiq edəcəyini gözləyir.

Nümayəndələr Palatasının gələcək spikeri Nensi Pelosi və Senatın azlıq lideri Çak Şumer respublikaçıları sənədi dəstəkləməyə çağırıb.

Bəzi idarələr tamamilə bağlıdır.

ABŞ prezidenti Donald Tramp isə divarın maliyyələşdirilməsini Amerikanın təhlükəsizliyi üçün vacib sayır. Prezident Konqresdən 20 milyarddan artıq başa gələcək divar üçün 5 milyardlıq ilkin ödənişin təsdiqini tələb edir.

Demokrat partiyasının liderləri digər sərhəd təhlükəsizliyi xərclərinə $1,3 dollar ayrılmasını təklif edir.

ABŞ hökümətinin qismən bağlanması o deməkdir ki, 380 min insan pulsuz məzuniyyətə göndərilib, əlavə 420 min nəfər isə işləyib, maaşlarını yalnız federal büdcə ilə bağlı mübahisə bitəndən sonra ala biləcək.

XS
SM
MD
LG