Accessibility links

ABŞ hökuməti Sincanda biznes edən Amerika şirkətlərinə risklər barədə tövsiyə verdi


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

ABŞ-ın Dövlət, Xəzinə, Ticarət və Daxili Təhlükəsizlik Departamentləri Sincan və Çinin başqa əyalətlərində insan haqları pozuntuları, o cümlədən məcburi əməkdə iştirakı olan təchizat zəncirindəki şirkətlərlə işləməyin reputasiya, iqtisadi və hüquqi riskləri barədə biznes tövsiyəsi ilə çıxış edib.

2017-ci ilin aprelindən etibarən Çin Xalq Respublikası (ÇXR) uyğurlara və digər azlıqda olan müsəlmanlara qarşı sistematik repressiya kampaniyasını gücləndirib. Bu kampaniyaya arbitrar həbslər, əhaliyə süni nəzarət və məcburi əmək daxildir. Dövlət Katibi Pompeo xəbərdarlıq edib ki, etnik və dini azlıqlara qarşı Çinin məcburi əməkdən istifadə praktikası təkcə Sincan regionu ilə məhdudlaşmır, artan şəkildə ölkənin başqa hissələrinə də yayılmaqdadır.

Tövsiyədə insan haqları pozuntuları ilə bağlı təchizat zəncirində ABŞ bizneslərinin üzləşdiyi üç növ risk sadalanır.

Brincisi Sincanda Çin hökumətinə izləmə sahəsində texnoloji yardım sahəsidir. İkincisi Sincanda olan əmək və resurslara, və yaxud öz bizneslərində məcburi əməyə əsaslanan şirkətlərin xidmətlərinə arxalanmaqdır.

Sonuncu və ən geniş yayılmış risk uyğurların və digər azlıqlara mənsub insanların saxlanması üçün düşərgə və bu düşərgələrə yaxın yerlərdə istehsal müəssisələrinin inşaatında hansısa formada iştirak etməkdir.

ABŞ-ın biznes liderlərinə ünvanladığı məktubda İqtisadi İnkişaf, Enerji və Ətraf Mühit məsələləri üzrə Dövlət Katibinin yarımdçısı Kit Krak koporativ məsuliyyətə diqqət çəkib: “Bu gün bu, insan haqları pozuntularında və, Dövlət Katibi Pompeonun sözlərincə, 'rejimin repressiya apparatının gücləndirilməsinə xidmət edən layihələrdə' iştirakdan imtina etməkdir.”

Cənab Krak Çinlə biznes edən hər bir Amerika şirkətinin idarə heyətlərini təchizat zəncirini diqqətlə yenidən nəzərdən keçirməyə, kimdən nə aldıqlarını və kimə nə satdıqlarını müəyyən etməyə çağırıb.

“Mən əminəm ki, Amerikanın biznes icması Sincandakı zülmlə hər hansı bir formada əlaqələndirməni rədd edəcək – birincisi ona görə ki, bu, düzgün addımdır, və ikincisi, ona görə ki, bunun böyük hüquqi və biznes riskləri var,” Dövlət Katibinin yardımçısı Krak bildirib.

XS
SM
MD
LG