Accessibility links

ABŞ hökumətinin bağlanması insanları maliyyə çətinliyinə sürükləyir


ABŞ hökumətinin bağlanması insanları maliyyə çətinliyinə sürükləyir
please wait

No media source currently available

0:00 0:02:27 0:00

ABŞ hökumətinin bağlanması insanları maliyyə çətinliyinə sürükləyir

ABŞ höküməti artıq üçüncü həftədir ki, qismən bağlıdır. ABŞ prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində divar tikintisinin maliyyələşdirilməsini qətiyyətlə tələb edir. Demokrat millət vəkilləri isə bu layihəni qəbul etmirlər.

Amerika boyunca bir çox federal iş yerləri ya bağlanıb, ya da az sayda işçi ilə işləyir. Vaşinqtonda isə hökümətin bağlanmasına son vermək üçün heç bir razılıq görünmür. Nə prezident Donald Tramp, nə də Demokratlar geri dönür.

“Həll yolunu tapmasaq bu, uzun müddət davam edəcək. Burada heç bir dəyişiklik yoxdur.", prezident Donald Tramp.

“Biz divarı qurmuruq. Kiminsə buna şübhəsi var? - biz divarı qurmuruq ", Nensi pelosi, Nümayəndələr Palatasının spikeri.

Tramp demokratların fikrini dəyişməyincə hökümətin bağlanmasının davam edəcəyində təkid edir.

“Bir divar qurmalıyıq və ya bir maneə yaratmalıyıq. Səd beton divar deyil, polad olmalıdır.. Bu, ölkəmizin təhlükəsizliyi üçündür. İnsan alverinin dayandırılması üçün. Bu, narkotiklərin qarşısını almaq üçündür. Buna görə də bizim buna ehtiyacımız var. Bizim başqa seçimimiz yoxdur.”, prezident Donald Tramp.

Demokratların Trampa cavabı isə ..

“Ölkələr arasındakı divar amoraldır. Bu, köhnə düşüncə tərzidir. Səmərəli deyil.”, Nensi pelosi, Nümayəndələr Palatasının spikeri.

Ötən həftə demokratlar Nümayəndələr Palatası yeni əksəriyyətindən məsrəflər, federal hökuməti yenidən açmaq və sərhəd təhlükəsizliyini müvəqqəti olaraq maliyyələşdirmək üçün qanun layihəsi qəbul etmək üçün istifadə edib, lakin divarı deyil. Senatda üstünlüyünü saxlayan Respublikaçılar bu layihələrin hər hansı birinə səs verməkdən imtina edib. Konqres liderləri ilə Ağ Ev səlahiyyətlilərinin təkrarlanan görüşləri də bu çıxılmaz vəziyyətə son qoymayıb.

"Biz işə qayıtmaq istəyirik. İşə qayıtmalıyıq, bizim aylıq ödənişlərimiz var.” federal işçi Merilin Karroters.

Bu gün yüz minlərlə hökumət işçisi ya işləmir, ya da maaşlarını almır. Bəziləri etiraz etməyə başlayıb.

"Bizim bir az pulumuz var, lakin bu belə davam etsə biz bütün yığdığımız pulları xərcləyəcəyik.”, federal işçi Merilin Karroters.

Tramp federal işçilərin vəziyyətə uyğunlaşacaqlarını söyləyir.

“Əmək haqqı almayan insanların bir çoxu mənim etdiklərimlə yüz faiz razıdır.”, prezident Donald Tramp.

Sorğuların nəticələri göstərir ki, amerikalıların əksəriyyəti sərhəd divarlarının maliyyələşdirilməsini dəstəkləmir və hökümətin bağlanmasında demokratları deyil, Trampı günahlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG