Accessibility links

ABŞ hökumətinin yeni hesabatı: Əfqanıstanda yenidənqurma minlərlə həyat bahasına başa gəlir


ABŞ hökumətinin yeni hesabatına əsasən, Əfqanıstanda 2001-ci ildə ABŞ-ın başçılığı Talibanın devrilməsindən sonra 17 il ərzində bərpa və sabitləşmə işlərində 5 min 135 nəfər ölüb və ya yaralanıb.

ABŞ-ın Əfqanıstanda Yenidənqurma üzrə Baş İnspektorunun ( U.S. Special Inspector General for Afghanistan Reconstruction (SIGAR)) çərşənbə axşamı açıqladığı hesabatında ABŞ-ın ölkədə həyata keçirdiyi layihələrdə 2121 nəfərin öldüyü qeyd edilib.

Vaşinqtonun müharibə aparan ölkədə milyardlarla dolları necə xərclədiyini monitorinq edən SIGAR ölüm hallarının əsasən 2002-ci ildən 2018-ci illə qədər Taliban və digər militantların hücumları nəticəsində baş verdiyini bildirib.

İnfrastrukturun qurulmasından tutmuş, Əfqanıstan boyu məktəblərin inşasına qədər həyata keçirilən layihələrdə isə 2 min 291 nəfər yaralanıb.

Sorğular zamanı ya qaçırılan, ya da itkin düşənlərin sayının 1182 nəfər olduğu müəyyən edilib.

Hesabata əsasən, ölən və yaralananların 70 faizindən çoxu və qaçırılanların təxminən 86 faizini əsasən mülki əfqan vətəndaşları təşkil edir.

Ölənlərin arasında həm mülki, həm də hərbçi olan 284 amerikalı var.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG