Accessibility links

ABŞ hərbçiləri koronavirusa qarşı mübarizəyə yardım edir


ABŞ hərbçiləri koronavirusla mübarizəyə yardım edir
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Birləşmiş Ştatların Comfort hospital gəmisi koronavirus epidemiyası ilə mübarizədə böyük ehtiyac duyan xəstəxanalara yardım məqsədilə Nyu-Yorka gəlib. Bu, pandemiyaya qarşı ölkə səviyyəsində mübarizədə yardım məqsədilə göndərilən hərbi obyektlərdən biridir.

Birləşmiş Ştatların hərbi qüvvələrinin Comfort gəmisində Nyu-Yorkdakı xəstələr müalicə edilir. Nyu-yorkların buna böyük ehtiyacı var.

Nyu-York meri Bil de Blasio:

“Birləşmiş Ştatların hərbi qüvvələrinin burada mövcudluğu məndə hər şeyin yaxşı olacağı kimi bir hiss yaradır. Bu, üzən bir obyektdir. Bu möhtəşəm gəminin bizim limanda lövbər salması bir ümid işığına bənzəyir.”

Comfort gəmisi Nyu-Yorkda xəstələrin müalicə olunduğu yeganə hərbi obyekt deyil.

Ordunun Mühəndislər Korpusu Manhettendəki Ceykob Cavits konfrans mərkəzini 3 min xəstə üçün müvəqqəti hospitala çevirib.

Ordunun Mühəndislər Korpusunun komandiri, general-leytenant Todd Semonit:

“Konfrans mərkəzləri, siz yəqin bunu bilmirsiniz, ona görə yararlı obyektlərdir ki, burada hər bir neçə metrdən bir polad qapılar var, elektrik xətləri, soyuq və isti su, kanalizasiya sistemi var və burada mərkəzin ortasında istənilən şeyləri qurmaq mümkündür.”

Comfort gəmisi və konfrans mərkəzindəki müvəqqəti tibbi obyektlərdə yerli xəstəxanalarda yoluxucu COVID xəstələri üçün kifayət qədər yer təmin etmək üçün adi xəstələr müalicə olunur.

Lakin general Ordunun Mühəndislər Korpusunun Nyu-Yorkda koronavirus pasiyentlərinin müalicəsi üçün lazım olan daha üç müvəqqəti xəstəxana qurduğunu bildirir.

Bütün ölkə boyu 114 belə müvəqqəti tibbi obyekt yaradıclacaq. Buraya Çikaqoda konfrans mərkəzi də daxildir. Bu müvəqqəti tibbi obyektlərdə hətta koronavirusa yoluxan xəstələri də müalicə etmək mümkündür.

Ordunun Mühəndislər Korpusunun komandiri, general-leytenant Todd Semonit:

“Biz konfrans mərkəzindəki obyekti inşa etməklə vəziyyəti yüngülləşdiririk. Bütün yoluxanları burada saxlamaq mümkün olacaq.”

Qərb sahilində isə Mercy gəmisində Los Ancelesdəki xəstələr müalicə edilir. Milli Qvardiyanın test dəstlərinin çatdırılması və testlərin keçirilməsi üçün ölkə boyu minlərlə üzvü yerləşdirilib.

Lakin bu, hərbçilərin immuniteti olduğu demək deyil. ABŞ-ın Teodor Ruzvelt təyyarədaşıyan gəmisindəki 100 hərbçi də daxil olmaqla, hərbi qüvvələrin yüzlərlə üzvünün koronavirus testi müsbət nəticə verib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG