Accessibility links

ABŞ-ın Hərbi Dəniz Qüvvələri Ərəbistan dənizində silahla dolu gəmi ələ keçirib


ABŞ Hərbi Dəniz Qüvvələri Ərəbistan dənizinin şimal bölgəsində bir balıqçı gəmisindən təxminən 1400 ədəd AK-47 avtomatı və 226 min patron ələ keçirdiyini bildirib.

"Heç bir dövlətə aid olmayan gəminin İrandan gələrək, tarixən Yəməndəki husilərə qanunsuz silah daşımaq üçün istifadə edilən marşrut üzrə beynəlxalq sulardan keçdiyi təxmin edilir" - deyə, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının çərşənbə günü verdiyi açıqlamada bildirilib.

Gəmidəki beş nəfərdən ibarət ekipajın özlərini yəmənli kimi təqdim etdikləri və Yəmənə qaytarılacaqları bildirilib. ABŞ-ın Hərbi Dəniz Qüvvələri ticarət yolunda təhlükə yaratdığını müəyyən etdikdən sonra gəmini batırıb.

Qərb dövlətləri İranı husilərə yardım etmək üçün Yəmənə qaçaqmalçılıq yolu ilə silah keçirməkdə ittiham edir. İran isə bu ittihamı rədd edir.

Husilərin 2014-cü ildə Yəmənin paytaxtını ələ keçirməsi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətini dəstəkləmək üçün hərbi əməliyyatlara başlamasına səbəb olub.

Bu münaqişə regional rəqiblər - höküməti dəstəkləyən Səudiyyə Ərəbistanı və husi üsyançılarını dəstəkləyən İran arasında güc savaşı olaraq qiymətləndirilir.

XS
SM
MD
LG